Yuxarı

Zeynəb Xanlarova: Elçibəy görüşdən əvvəl mənə... - Axar TV

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zeynəb Xanlarova: Elçibəy görüşdən əvvəl mənə... - Axar TV

Zeynəb Xanlarova 1936-cı il dekabrın 28-də Bakıda anadan olub. 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini, 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Elə həmin ildən Akademik Opera və Balet Teatrının solisti kimi çalışıb.“Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb.

Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur. Xanlarova həmçinin Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Ələkbər Tağıyev, Emin Sabitoğlu kimi böyük bəstəkarlarımızın mahnılarını xüsusi ustalıqla ifa edib. Dünyanın əksər ölkələrində konsertlər verən ifaçı bir sıra mahnılarını özü yazıb. Müğənni qastrol səfərləri zamanı bir-birindən maraqlı hadisələrlə üzləşib. Zeynəb Xanlarovanın xüsusən ABŞ-a səfəri zamanı baş verən hadisə xeyli maraqlıdır:

“1989-cu ildə ABŞ-a qastrol səfərinə getmişəm. Konsert zamanı “Reyhan” mahnısını ifa edəndə zaldan səslər ucalmağa başladı. Ayağa qalxıb əl çalırlar, yoxsa məni topa tuturlar - tam başa düşmədim. Mahnını birtəhər sona çatdırıb, səhnəni tərk etdim. Səhnəni tərk edəndə bizi müşahidə edən nəzarətçi qoluma girdi və dedi ki, Zeynəb xanım, siz “Reyhan” mahnısını oxuyanda bunlar elə bilib ki, prezidentləri Reyqan üçün oxuyursan, ona görə belə reaksiya veriblər”.

Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə:

Tarix
2018.04.05 / 08:15
Müəllif
Ülkər Həsənova
Digər xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla