Yuxarı

Hollandiya mediası Əlizadəni görün kimlə müqayisə etdi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər il “Royal Concertgebouw Orchestra” (Niderland Kral Orkestri) əvvəlki ilin daha uğurlu premyeralarının səsyazısı olan kompakt-disklərin işıq üzü görməsinə təşəbbüs göstərir.

Azərbaycan Bəstəkarlar İttifaqından Kult.az-a bildirilib ki, 2018-ci ildə disklərin bu nüfuzlu seriyasına Xalq Artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, YUNESKO-nun Sülh artisti, professor Firəngiz Əlizadənin “NASIMI Passion” əsəri daxil edilib. Xatırladaq ki, bu əsər keçən ilin aprelində Amsterdamın məşhur “Concertgebouw” konsert salonunda iki dəfə səslənib. Kompakt-diskə yazılmış “HORIZON 8” holland etiketindəki mətnin müəllifi, tanınmış musiqi tənqidçisi Floris Don Berlində və Cenevrədə keçirilmiş təqdimat mərasimlərində qeyd edib ki, “Firəngiz Əlizadənin çox gözəl əsəri “NASIMI Passion” təkcə bəstəkarın deyil, həmçinin “Concertgebouw”nun repertuar siyasətinin böyük nailiyyətidir. Biz ilk dəfə İslam dünyası təmsilçisinin Qərb və Şərqin musiqi ənənələrinin təması ideyasını təcəssüm etdirən, mənaca və ifadə şəklinə görə əzəmətli yeni əsərinin nümunəvi çıxışının şahidi olduq”.

“De Volkskrant” qəzeti F.Əlizadənin yeni əsərinin premyerasından şövqlə bəhs edib. Albomda məqalədən sitata yer verilir: “Firəngiz Əlizadə musiqisinin təsir gücü, məna tərzi və özünəməxsus intonasiyası ilk notdan dinləyiciləri valeh edir. Bu əsərin müəllifinin Şərq və müsəlman ölkəsi olan Azərbaycanın qadın bəstəkar olması xüsusilə heyrətamizdir”.

Resenziyada qeyd edilir ki, Firəngiz Əlizadənin musiqisi təsir gücünə görə Rixard Vaqnerlə müqayisə oluna bilər. Həmçinin əsərin dirijor Martin Brabbinsin rəhbərliyi altında simfonik orkestr, xor (rəhbər Klaus Ştok), Əvəz Abdulla (bariton) tərəfindən mükəmməl ifası da diqqətə çatdırılır.

Sonda Floris Don yazır: “Firəngiz Əlizadə təkcə unikal bəstəkarlıq dəst-xəttinə malik deyil, onun bu gün dünyaya söyləyəcəyi də var”.

Əlavə edək ki, qoşma albomda İmadəddin Nəsiminin orijinal mətnləri, habelə onların holland, ingilis və alman dillərinə tərcümələri yer alıb. Mütəxəssislər əmindirlər ki, F.Əlizadənin musiqisindən ibarət yeni kompakt-disk müasir klassik musiqisevərlərin kolleksiyasının bəzəyi olacaq.

Tarix
2018.04.16 / 22:37
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla