Yuxarı

Formula-1: Möhtəşəm əyləncə proqramı... - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Formula-1: Möhtəşəm əyləncə proqramı... - Foto

Aprelin 27-də Formula 1 Azərbaycan Qran-Prisinin birinci gününə möhtəşəm əyləncə proqramı ilə yekun vurulub.

Kult.az xəbər verir ki, axşam saatlarında “Baku Crystal Hall”da səhnəyə fank musiqisinin qabaqcıllarından olan “Jamiroquai” qrupu çıxıb.

Caz musiqisinin təmsilçisi olan Cey Key tərəfindən 1992-ci ildə Londonda yaradılan qrup qısa müddətdə məşhurlaşaraq dünyanın ən uğurlu musiqi qruplarından birinə çevrilib. 25 illik fəaliyyət müddəti ərzində 27 milyondan çox albom satan qrup “Grammy”, “Ivor Novello” və “MTV Moonmen” mükafatlarına layiq görülüb, Böyük Britaniyada 13 dəfə nominasiya əldə edib və biletləri tamamilə satılan beş dünya turunu reallaşdırıb.

Dünya musiqisinin ən məşhurlarından olan “Chance the Rapper”, “Pharrell”, “Tyler the Creator”, “Jungle”, “Redman” və “The Internet” kimi tanınmış ulduzların böyük rəğbətini qazanan, həmçinin Stivi Vonder və Dayana Ross ilə birlikdə möhtəşəm ifalar nümayiş etdirən bu qrup dövrümüzdə hamının sevdiyi aparıcı musiqi innovatorlarından biri kimi qəbul olunur.

Konsertinin ardınca məşhur DJ Afrojack idmansevərlərə coşqulu gecə təqdim edib. “Grammy” mükafatına sahib Afrojack bəstəkarlığı ilə də məşhurdur. O, elektronik, hip-hop və pop kimi müxtəlif musiqi janrları arasında asanlıqla keçidlər yarada bilən peşəkar sənətçidir. Afrojack yalnız öz treklərinə görə yox, həm də məşhur müğənnilər üçün bəstələdiyi mahnılara görə tanınıb. Onun bəstələdiyi treklər sırasına Beyonsun “Run the world (Girls)”, Madonnanın David Quetta ilə birlikdə ifa etdiyi “Revolver” və Ne-Yo ilə Pitbullun birgə səsləndirdikləri “Give me everything” mahnıları daxildir.

Formula 1 azarkeşləri konsertdən zövq alaraq məkanı xoş təəssüratlarla tərk ediblər.

Tarix
2018.04.28 / 00:16
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla