Yuxarı

Prezident və ailəsinin iştirak etdiyi konsertdən – Fotolar

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident və ailəsinin iştirak etdiyi konsertdən –

00:50

Mayın 28-də Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən təntənəli konsert keçirilib.

Kult.az xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan bədii-musiqili gecənin konsepsiyası 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, ötən 100 il ərzində respublikanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, Azərbaycanın hazırda müstəqil, güclü və inkişaf etmiş ölkələr sırasında layiqli yerini tutması ideyası üzərində qurulub.

İki saata yaxın davam edən konsert proqramına ümumilikdə 670 nəfərdən çox şəxs - tanınmış incəsənət xadimləri və yaradıcı heyət cəlb edilib.

Tədbirdə Bakı Media Mərkəzi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar hazırlanmış videoçarxlar nümayiş olunub.

Azərbaycan Xalq Cümhuriyyətinin növbəti ildönümlərinin əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağda bayram ediləcəyinə əminlik ifadə olunub.

Bakı Kristal Zalındakı konsert proqramı canlı olaraq Dənizkənarı Milli Parkda quraşdırılmış monitorda da yayımlanıb. Konsert proqramının sonunda Dənizkənarı Milli Parkda bayram atəşfəşanlığı olub.

Konsertdən fotosessiyanı təqdim edirik:

Tarix
2018.05.29 / 11:00
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla