Yuxarı

Meyxana qadağası yaşayan Kərimin son durumu - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Meyxana qadağası yaşayan Kərimin son durumu - Foto

Əvvəlki aylarla müqayisədə Ağakərimin vəziyyəti xeyli yaxşılaşıb.

Bu sözləri Kult.az-a açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov dostu, tanınmış meyxana ustadı Ağakərimin səhhəti ilə bağlı danışarkən deyib. O bildirib ki, həkim həmkarı Ağakərimə (Kərim Novruzov) meyxana ilə məşğul olmağı qadağan edib:

“Təxminən il yarım bundan əvvəl Kərim insult keçimişdi. Həmin vaxtı vəziyyəti çox ağır idi. Nə danışa, nə də yeriyə bilirdi. O xəstəxanada yatan vaxtı anası rəhmətə getdi. Bir az yaxşılaşandan sonra anasının öldüyünü öyrəndi. İstər-istəməz bu da Kərimə zərbə oldu. Əvvəllər lap pis idi. İndi vəziyyəti xeyli yaxşılaşıb, özünü idarə edə bilir. Buna baxmayaraq, həkimi sənətlə məşğul olmağa, həm də gəzməyə icazə vermir. Hərdənbir həyətə düşüb gəzir. İndi ona çox yorulmaq olmaz.

Axırıncı dəfə iki gün əvvəl görməyə getmişdim. Aydın Xırdalanlı, Mehman Əhmədli, Rəşad Dağlı, Pərviz Bülbülə, Yaşar Qafarlı və digər sənət dostları tez-tez ustada baş çəkirlər. Maştağa uşaqlarının əksəriyyəti Kərimi ziyarət edir”.

Ağakərim Novruzovun bacısı oğlu Rüstəm bəy isə saytımıza açıqlamasında meyxanaçının tezliklə efirə çıxacağını deyib:

“Bir həftəyə evlərində çəkiliş olacaq. İnşallah, tamaşaçılar Ağakərim bəyi efirdə görə biləcəklər”.

Tarix
2018.06.22 / 16:28
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniyada "Nardaran ssenarisi" - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla