Yuxarı

"Turetski xoru" Bakıda konsert verəcək

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Turetski xoru" Bakıda konsert verəcək

Heydər Əliyev Mərkəzində oktyabrın 10-da "Turetski xoru"nun konserti keçiriləcək.

Mərkəzdən Kult.az-a verilən məlumata görə, art qrup Bakı konsertində repertuarında olan ən məşhur kompozisiyaları – dünya klassikasının şedevrlərindən xalq mahnılarına qədər müxtəlif hitləri təqdim edəcək.

"Turetski xoru" 21-ci əsrin musiqi fenomeni, dünyanı heyrətləndirən unikal səsə, geniş vokal imkanlara, aktyor ustalığı və qeyri-adi xarizmaya sahib ifaçıların sinerjisidir.

"Turetski xoru" debütünü 1990-cı ildə edib. Art qrupun yaradıcısı və bədii rəhbəri Rusiyanın xalq artisti Mixail Turetskidir.

Kollektivin repertuarı sərhədsizdir – onlar dünya klassikasından rokadək, pop musiqisindən operayadək, cazdan xalq mahnılarınadək müxtəlif əsərlər ifa edirlər. Qrupun ifasında 10-dan çox dildə kompozisiyalar yer alıb.

Onları populyarlıq rekordçuları adlandırırlar: səhnəyə 6000 dəfədən çox çıxıblar, turneləri zamanı 4,5 milyon km yol gediblər. Kollektiv Rusiyanın müxtəlif şəhərlərində mütəmadi konsertlər verməklə yanaşı, tez-tez Baltikyanı ölkələrdə, Almaniya, ABŞ, Kanada, İsrail və Belarusda qastrollarda olur. Qrup İspaniya, Niderland, Belçika, İsveçrə, Avstraliya, Çin və Vyetnamda da çıxış edib. Təkcə bu ilin mayında musiqi marafonu çərçivəsində 10 gün ərzində 7 ölkənin müxtəlf şəhərlərində – Paris, Lyublyana, Vyana, Berlin, Təl-Əviv, Nyu-York və Minskdə konsertləri olub.

Qrupun konsert proqramları hər zaman anşlaqla keçib. 2015-ci il mayın 9-da Moskvada təqdim etdiyi «Qələbə mahnıları» adlı konsert proqramına rekord auditoriyasını – 150 000 tamaşaçısını toplayıb. Kollektivin ən inanılmaz xüsusiyyətlərindən biri də zalda istənilən auditoriyanı oxuda bilmək bacarığıdır.

Bakı konsertinin biletlərini Heydər Əliyev Mərkəzinin kassası və iTicket.az satış məntəqələrindən əldə etmək olar.

Tarix
2018.07.26 / 14:36
Müəllif
Kult.az
Digər xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla