Yuxarı

Emin Zaradan danışdı, Kirkorov müdaxilə etdi... - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Emin Zaradan danışdı, Kirkorov müdaxilə etdi... - Foto

Bakıda "Jara” Beynəlxalq Musiqi Festivalının başlaması ilə əlaqədar mətbuat konfransı keçirilib.

Kult.az APA-ya istinadən xəbər verir ki, mətbuat konfransında təşkilatçılar - Azərbaycanın xalq artisti Emin Ağalarov, Qriqori Leps, Sergey Kojevnikov və başqaları iştirak edib.

Rusiyanın məşhur sənətçisi Filipp Kirkorov bildirib ki, "Jara” Beynəlxalq Musiqi Festivalında artıq üçüncü ildir iştirak edir.

E. Ağalarov isə 2018-ci ildə ilk dəfə "Jara Baku” filminin çəkiləcəyini deyib. Filmdə Rusiyanın tanınmış sənətçiləri çəkiləcəklər.

E. Ağalarov rusiyalı müğənni Zaranın Bakıya gəlməsinə də münasibət bildirib. O qeyd edib ki, bu məsələyə münasibəti sadədir: "Məlumat üçün demək istəyirəm ki, Zara kürddür. Onun Bakıya gəlməsinə neqativ münasibət bəsləyirlərsə, yəqin ki, həmin insanların öz fikri var. Bu, hər kəsin şəxsi dünyagörüşüdür. Musiqi festivalı bayramdır. Bu, müsbət emosiyalar deməkdir. Mən bu müsbət emosiyanı qoruyub saxlamağın tərəfdarıyam”.

F. Kirkorov isə əlavə edib ki, onu da uzun illər Azərbaycana buraxmayıblar: "Sözsüz ki, söhbət dövlət rəhbərliyindən getmir. Polad Bülbüloğlu həmişə mənə mane olub. Eminə "sağ ol” deyirəm ki, məni sevdiyim Bakıya qovuşdurdu”.

Mətbuat konfransında qeyd edilib ki, Zara Bakıya iyulun 29-da – festivalın bağlanış günü gələcək və öz ifasını təqdim edəcək.

Qeyd edək ki, festivalın açılış mərasimində Monatik, Qriqori Leps, Ani Lorak, Loboda, Emin, A`Studio, Dima Bilan, Sergey Lazarev, Qlyuk’oza, Qradusı, NYUSHA, Nastya Kamenskix, Slava, Aleksey Çumakov, Artik Asti, Black Star, Timati, Yeqor Krid, Mot, Xanna, Mişa Marvin və digər məşhur musiqiçilərin iştirakı ilə qala-konsert olacaq.

Jara-2018-in biletləri 2017-ci il dekabrın 1-dən satışa çıxarılıb.

Tarix
2018.07.26 / 22:11
Müəllif
Kult.az
Digər xəbərlər

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla