Yuxarı

Nazir "Xalq artisti" vəsiqəsini Eminə təqdim etdi - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir "Xalq artisti" vəsiqəsini Eminə təqdim etdi - Foto

İyulun 31-də Mədəniyyət Nazirliyində tanınmış bəstəkar və müğənni, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri Emin Ağalarova Azərbaycanın Xalq Artisti fəxri adının vəsiqəsi və döş nişanı təqdim olunub.

Nazirliyin mətbuat xidmətindən Kult.az-a verilən məlumata görə, mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Emin Ağalarovun Xalq Artisti fəxri adı ilə təltif edildiyini xatırladıb. Nazir deyib ki, Emin Ağalarov Azərbaycanın mədəniyyətini təkcə postsovet məkanında deyil, bütün dünyada uğurla təmsil edir. Onun ölkəmiz üçün həyata keçirdiyi layihələr təqdirəlayiqdir. “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılığında Eminin gördüyü işlər göz qabağındadır.

Əbülfəs Qarayev Emin Ağalarovu təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb və Xalq Artisti fəxri adının vəsiqəsini və döş nişanını tanınmış müğənni və bəstəkara təqdim edib.

Emin Ağalarov Azərbaycanın Xalq Artisti fəxri adına layiq görülməsindən məmnunluğunu bildirib, yaradıcılığına verdiyi yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. O deyib ki, bir sənətçinin ala biləcəyi ən yüksək fəxri adlardan birinə layiq görülməsi onun üçün böyük şərəfdir.

“Jara” barədə danışan Emin Ağalarov bildirib ki, builki festivalın proqramı çox geniş oldu. Bir çox tanınmış artistlər özləri bu festivala qatılmaq üçün müraciət edirdilər. “Jara-2018” çərçivəsində Heydər Əliyev Mərkəzinin parkında Rusiyanın MuzTv kanalının təşkilatçılığı ilə Bakı sakinləri və şəhərin qonaqları üçün pulsuz konsert keçirildi. Bu konsert MuzTv-də canlı yayımlandı. Builki festival çərçivəsində dörd gün ərzində 250-dən çox artist çıxış etdi. Bir gün ərzində 75 ifaçı səhnəyə çıxdı. Düşünürəm ki, həm tamaşaçılar, həm də artistlər çox razı qaldılar. Biz gələcəkdə fəaliyyətimizi daha da genişləndirəcəyik. Moskvaya qayıdan kimi artıq növbəti “Jara”nın hazırlıqlara başlayacağıq. “Jara-2019” daha maraqlı və rəngarəng olacaq.

Tarix
2018.07.31 / 13:08
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanla münasibətləri də müzakirə etdik - Meloni

Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək

Azərbaycan İtaliyaya neçə milyard dollar sərmayə qoyub?

Əliyevlə İran böhranını müzakirə etdik - Meloni

Bu ölkə ilə hərbi əməkdaşlıq ümidvericidir - Prezident

Hərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirdi

Meloninin Bakı səfəri başa çatdı

Əliyev və Meloni mətbuata bəyanatla çıxış etdilər

İlham Əliyev Meloni ilə geniş tərkibdə görüşdü

Starmer İrəvanda Azərbaycana qarşı bu sualı rədd etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla