Yuxarı

Qəbələdə musiqi gecəsi: Məşhur kollektivlər... - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:10

X Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 4-də Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında musiqisevərlərə daha bir konsert proqramı təqdim edilib.

Kult.az xəbər verir ki, kamera musiqisi həvəskarlarının budəfəki qonağı “Clarte” klarnet kvarteti olub.

Kollektiv 2016-cı ildə Xalq artisti Şükür Səmədovun təşəbbüsü ilə yaradılıb. Kvartetin bədii rəhbəri Anar Məmmədovdur. Tərkibinə istedadlı klarnet ifaçıları Məmməd Rəcəbli, Şərif və Emil Bağırovların daxil olduğu kvartet yarandığı gündən bir çox tədbirlərdə iştirak edib, tamaşaçı rəğbəti qazanıb.

Konsertdə A.Ponçiellinin “İl Conveğno”, İ.Kohanın “Konzertstück a la feidman”, Ü.Hacıbəylinin “Sənsiz”, H.Stalpersin “Clovnery for ciarinets”, İ.Ştrausun “Perpetuum Mobile”, T.Quliyevin “Sən mənimsən, mən sənin”, “Zibeydə”, G.Feidmanın “Kiezmer Freilach”, M.Ceksonun “Billie Yean”, İ.Volantenin “American feeling” əsərləri səsləndirilib.

Kvarteti pianoda Aslan Aslanov, Ceyhun Əliyev, zərb alətlərində Ramiz Sevdiməliyev müşayiət ediblər.

***

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq altıncı gündür tamaşaçıları bir-birindən maraqlı konsert proqramları ilə sevindirir. İyulun 30-da başlayan festivalda Azərbaycanın tanınmış musiqi kollektivləri, həmçinin xarici ölkələrdən gəlmiş görkəmli musiqiçilər, kamera və simfonik orkestrlər, solistlər və dirijorlar iştirak edirlər.

Festivalın proqramına uyğun olaraq, avqustun 4-də axşam Qəbələ Rayon Mədəniyyət Mərkəzində İsrailin dünya şöhrətli Yerusəlim Simfonik Orkestrinin konserti olub. Konsertdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, musiqisevərlər, şəhərin qonaqları iştirak ediblər.

Məlumat verilib ki, orkestr 1930-cu ildə Fələstin radiosunun nəzdində yaradılıb. 1970-ci ildən kollektiv Yerusəlim Simfonik Orkestri adlandırılır. Yarandığı vaxtdan orkestrə Mendi Rodan, Lukas Foss, Qari Bertini, Laurens Foster və David Şallon kimi məşhur simalar rəhbərlik edib. Orkestrin hazırki musiqi direktoru Maestro Frederik Çaslindir. Kollektiv bir sıra görkəmli dirijorlarla əməkdaşlıq edir.

Yerusəlim Simfonik Orkestrinin repertuarında klassik dövrlərin və müasir bəstəkarların müxtəlif səpkili əsərləri yer alıb. Sofiya Qubaydulina, Henri Dutilleuks, Alfred Şnittke və digər tanınmış bəstəkarların əsərlərini ilk dəfə məhz Yerusəlim Simfonik Orkestri ifa edib. Kollektivin uğurlu fəaliyyəti İsrail bəstəkarlarını da yeni əsərlər bəstələməyə sövq edir. Onilliklər ərzində musiqi dünyasının əfsanəvi musiqiçilərinin – İqor Stravinski, Artur Rubinşteyn, Otto Klemperer, Yehudi Menuhin, Mstislav Rostropoviç, İsaak Stern, Pablo Kazals və onlarla digər məşhurların bu orkestrlə yaddaqalan çıxışları olub. Orkestrin ən möhtəşəm premyeralarından Milhaudun “David” operasını (1954), dirijor Robert Qraftın rəhbərliyi ilə Stravinskinin “Abraham və İsaak” kantatasını (1964), Yerusəlimim 3 min illik yubiley təntənələri üçün sifariş verilən K.Penderetskinin “Yerusəlimin yeddi qarısı” əsərini (1999) xüsusi qeyd etmək olar. Orkestr hər il müxtəlif beynəlxalq festivallarda çıxış edir. İsrailin Mədəniyyət və İdman Nazirliyi və Qüds bələdiyyəsi tərəfindən dəstəklənən bu kollektiv Avropanın və Amerikanın bir çox şəhərlərində qastrol səfərlərində olub, dünyanın ən məşhur konsert salonlarında çıxış edib.

Qəbələ festivalının bədii rəhbərlərindən biri, dünya şöhrətli musiqiçi Dmitri Yablonskinin dirijorluğu ilə keçən konsertdə S.Raxmaninov, K.Sen-Sans və V.A.Motsarın əsərləri səsləndirilib. Solistlər Səidə Tağızadə (piano), Aleksey Miltix (violençel) və Eduard Vulsfsonun (violin) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Festivalın ötən günlərində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin, Azərbaycan Dövlət Simfonik Orkestrinin, Kubanın “Jovanes Clasicos Del Son” qrupunun, İsrailin virtuoz pianoçularının, “Muğam” instrumental ansamblının müşayiəti ilə Azərbaycanın gənc muğam ifaçılarının, Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” kamera orkestrinin, Xalq artisti, virtuoz qarmon ifaçısı Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” instrumental ansamblının, Macarıstandan gəlmiş “Budapeşt Gypsy Band” musiqi qrupunun konsertləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Festivalın proqramına uyğun olaraq, avqustun 5-də Yerusəlim Simfonik Orkestri gündüz Şəkidə çıxış edəcək. Axşam saatlarında isə Qəbələ şəhərində dahi bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunan kamera musiqisi axşamı və Tbilisi Biq Band orkestrinin konserti olacaq.

Tarix
2018.08.04 / 23:38
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarılır - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla