Yuxarı

Anar Nağılbazı bu cür öldürdük – Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anar Nağılbazı bu cür öldürdük – Video

Bu gün repin atası sayılan məşhur reper Anar Nağılbaz 44 yaşında dünyasını dəyişib.

Onun ölümünə səbəb kimi stress və içki göstərilir.

Tanınmış reperə qarşı uzun illərdir davam edən kampaniya ötən il pik nöqtəsinə çatmışdı. Məhz 2017-ci il noyabrında onun şəxsi həyatına aid olduğu deyilən görüntü yayılmışdı. Bu görüntülərdən sonra sosial şəbəkələrdə Anarın ünvanına təhqiredici ifadələr yazanlar, ondan üz döndərənlər az olmadı. Bunlar isə ona öldürücü təsir buraxdı.

Anar Nağılbazın bununla bağlı təşkil etdiyi mətbuat konfransında olaydan sonra necə ağır sarsıntı keçirdiyi aydın görünür.

Bu olay Anar Nağılbazın bir müddət öncə mühacirətdən qayıdıb, yenidən toparlanması və əvvəlki yaradıcılıq imkanlarını səfərbər etməsi istəyinə ağır zərbə vurdu. Ondan sonra Anar bir daha kölgəyə çəkilməyə məcbur oldu və müxtəlif vaxtlarda yalnız səhhətinin ağırlaşması və xəstəxanaya düşməsi ilə gündəmə gəldi.

Anar Nağılbaz 2017-ci ilin noyabrında faktiki olaraq “dəfn edilmişdi”. Hətta bir neçə ay öncə ikinci dəfə ailə qurması və özünün dediyi kimi, “adi, sadə, xoşbəxt olmaq” cəhdi alınmadı. Çünki Anar Nağılbaz kimi istedadlar adi və sadə həyat yaşaya bilmirlər: onlar yaradıcılıqla məşğul olmalı və özlərini ifadə etməlidirlər. Bu imkanları əllərindən alınanda isə üzə çıxmayan daxili enerjiləri özlərini məhv edir.

Nağılbaz kimi istedadın öz-özünü məhv etməsi üçün ətrafı və sarı media nə mümkündür, onu da etdi.

Tarix
2018.08.04 / 23:50
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniyada "Nardaran ssenarisi" - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla