Yuxarı

Qəbələdə fortepiano musiqisi axşamı... - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəbələdə fortepiano musiqisi axşamı... - Foto

İyulun 30-da startı verilən X Qəbələ Beynəlxalq Musiqi Festivalında artıq son akkordlar çalınır. Proqrama uyğun olaraq, festivalın sonuncu günü, avqustun 7-də axşam saatlarında musiqisevərlərə fortepiano musiqisi axşamı təqdim olunub.

Kult.az xəbər verir ki, Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında keçirilən konsertdə Azərbaycanın tanınmış gənc pianoçuları çıxış ediblər.

Konsertdə S.Raxmaninovun, S.Prokofyevin, F.Listin və M.Ravelin əsərləri səsləndirilib.

Tamaşaçılar beynəlxalq müsabiqələr laureatı Əli Məmmədovun, adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilən, Prezident təqaüdçüləri, 2016-cı ildə VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil edilən Pianoçuların IV Beynəlxalq müsabiqəsində birinci yerə layiq görülən Vurğun Vəkilovun və Nərmin Nəcəflinin ifalarını alqışlarla qarşılayıblar.

Tarix
2018.08.07 / 18:59
Müəllif
Kult.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla