Yuxarı

Praqada "Könlüm keçir Qarabağdan"... - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Praqada "Könlüm keçir Qarabağdan"... - Foto

Azərbaycanın Çexiyadakı səfirliyinin, ölkəmizin Karlovı Varı şəhərindəki fəxri konsulluğunun və Xan Şuşinski Fondunun birgə təşkilatçılığı ilə Praqadakı “President” otelində “Könlüm keçir Qarabağdan” adlı konsert proqramı təşkil olunub.

Kult.az xəbər verir ki, konsertdə Çexiyanın dövlət nümayəndələri, diplomatik korpusun üzvləri, habelə yerli ictimaiyyətin və Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər.

Tədbirin açılışında Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev çıxış edərək Qarabağ məktəbinin Azərbaycanın mədəniyyətindəki, musiqisindəki rolundan danışıb.

Xan Şuşinski Fondunun rəhbəri, Azərbaycan muğamının mahir ifaçısı İsfəndiyar Cavanşirovun (Xan Şuşinski) qızı Bəyimxanım Verdiyeva milli musiqimizin dünya ölkələrində təbliği istiqamətində həyata keçirilən layihə barədə danışıb, bundan sonra da müxtəlif xarici dövlətlərdə silsilə konsertlərin təşkil olunacağını qeyd edib.

Sonra “Muğam televiziya müsabiqəsi”nin laureatı, beynəlxalq muğam müsabiqəsinin qalibi, Azərbaycan Respublikasının əməkdar artisti Ehtiram Hüseynovun ifasında Azərbaycanın muğam, təsnif və xalq musiqiləri ifa olunub. Konsert proqramı dinləyicilərin böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.

Tarix
2018.10.31 / 23:58
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniya "Nardaran ssenarisi" ilə üzləşir - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla