Yuxarı

Şeyx hiddətləndi: Erməni Bokanın mahnıları...

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şeyx hiddətləndi: Erməni Bokanın mahnıları...

Erməni müğənni Bokanın mahnılarını restoranlarda səsləndirənlərə, bunu dəstəkləyənlərə ar olsun. Südü və qanı bizdən olmayanlar cidd-cəhdlə yenidən hay tayfasını bizə soxuşdururlar. Belələri Azərbaycan üçün növbəti faciəni hazırlayırlar.

Bu sözləri Kult.az-a açıqlamasında rejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudov son dövrlər paytaxtdakı bəzi restoranlarda erməni Bokanın mahnılarının ifa edilməsinə münasibət bildirərkən deyib. O vurğulayıb ki, ermənilərdən azərbaycanlılara qarşı humanizm gözləmək sadəlövhlükdür:

“1898-ci ildən 1947-ci ilə qədər hay tayfası dəfələrlə bizə xəyanət edib. O millət düzəlsəydi, vaxtında düzələrdi. Erməni ifaçıların mahnılarını oxuyanlar və bu şəxsi dəstəkləyənlər mütləq dövlət səviyyəsində ifşa olunmalıdırlar. Erməni bizim qan, gen düşmənimizdir. Kimsə erməni musiqisinin ictimai yerlərdə səsləndirilməsinə rəvac verirsə, demək, xalqımız üçün növbəti dəfə xəyanət hazırlayır”.

Şeyx Əbdül bildirib ki, əgər restoranlarımızda erməni ifaçının mahnılarının səsləndirilməsinin qarşısı alınmasa, bu, get-gedə yayıla bilər:

“Dama-dama göl olur. Restoranlarda erməni ifaçının mahnılarının səslənməsinin qarşısı alınmasa, bu, küçələrə, evlərə yayılacaq. Kim deyirsə ki Boka özümüzünküdür, onlara ar olsun. Ermənilərin və onların musiqisinin zərərsiz olduğunu düşünənlər erməniyə xidmət edən tullantılardır.

Bu gün Azərbaycan bütün dünyaya həm iqtisadi, həm siyasi, həm də ideoloji baxımdan meydan oxuyur. Azərbaycan xalqı min illərin mədəniyyətini formalaşdırıb. Ermənilərin isə heç vaxt öz musiqisi olmayıb. Onları oxuduqlarının hamısı qondarma, ənənəsi olmayan, oğurluq mahnılardır. Bu məzmunsuz, əsilsiz mahnılar niyə bizdə ifa edilməlidir?”

Qeyd edək ki, son zamanlar Bakı restoranlarında erməni əsilli bakılı müğənni Bokanın mahnıları tez-tez səsləndirilir.

Tarix
2018.11.02 / 08:45
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

Kiyevə hücum: azərbaycanlının restoranı dağıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla