Yuxarı

Mərhum nazirin nəvəsindən möhtəşəm performans – Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mərhum nazirin nəvəsindən möhtəşəm performans – Video

Mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevin Sara Əliyeva ilə evliliyindən olan qızı Aliyə Rusiyada çıxış edib.

Publika.az xəbər verir ki, A.Əliyeva Rusiyanın RU.TV kanalında, 13-17 yaş arasında keçirilən "Vo ves qolos 2018" beynəlxalq musiqi televiziya müsabiqəsində iştirak edib. Bu barədə Aliyənin anası Sara Əliyeva sosial şəbəkədə məlumat verib. S.Əliyeva qızının komandasını dəstəkləyən və ona səs göndərən hər kəsə təşəkkür edib:

"Vaxtı ilə biz ilk musiqili layihə - "Ulduz fabriki" ("Fabrika zvyozd") müsabiqəsini böyük maraqla izləyirdik, onda 17 yaşında idim, iştirakçılara çəkiliş meydançasında baxmaq imkanım olmuşdu. Bu, unudulmaz emosiyalar idi. Heç ağlıma gəlməzdi ki, vaxt gələcək və mənim 14 yaşlı qızım belə bir layihədə çıxış edəcək, mən isə layihəni tamamilə başqa formatda izləyəcək və tamamilə fərqli duyğular yaşayacağam".

Xatırladaq ki, Aliyə Əliyeva çıxışlarının birində söyləyib ki, müğənni olmaq və beynəlxalq səhnələrdə çıxış etmək onun ən böyük arzusudur.

Məlumat üçün bildirək ki, "Vo ves qolos" istedadlı yeniyetmələrdən ibarət komandaların iştirak etdiyi musiqi müsabiqəsidir. Aliyə Əliyeva bu layihədə Emin Qədirovun qrupunda, həmvətənləri ilə birlikdə komanda şəklində çıxış edir.

Tarix
2018.11.19 / 10:43
Müəllif
Kult.az
Digər xəbərlər

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla