Yuxarı

Akademik əməliyyat üçün Almaniyaya gedəsi olmadı

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Akademik əməliyyat üçün Almaniyaya gedəsi olmadı

Hazırda evdəyəm, özümü də yaxşı hiss edirəm. Çox şükür, əməliyyata ehtiyac qalmadı. Həkim bildirdi ki, müalicə ilə düzələcək.

Bu sözləri Kult.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov səhhətinda yaranmış problem səbəbilə xəstəxanaya yerləşdirilməsi barədə deyilənlərə münasibət bildirərkən deyib.

Akademik bildirib ki, hazırda dincəlir:

“Vəziyyətim ağırlaşmışdı deməyək, pisləşmişdi. Xəstəxanaya yerləşdirildim. Əvvəlcə həkim bildirmişdi ki, Almaniyaya gedib analiz verməliyəm, əməliyyat olunmalıyam. Ancaq budəfəki müayinədən sonra məlum oldu ki, Almaniyaya getməyə ehtiyac yoxdu. Əməliyyata da ehtiyac qalmayıb. Həkimin müəyyən etdiyi müalicə ilə problem aradan qaldırılacaq”.

R.Məmmədov bildirib ki, səhhətindəki problem böyrəkləri ilə əlaqədar deyil:

“Böyrəklərimdəki problem artıq aradan qaldırılıb. Müalicə aldım, sağaldım. İndiki problemim damarlarımla əlaqədardır. Həkimin dediyinə görə, müalicədən sonra düzələcək. İndi evdəyəm, Yeni il gəlir, dincəlirəm mən də”.

Qeyd edək ki, ötən gün 68 yaşlı akademikin böyrəklərində yaranan problem səbəbindən bir neçə vaxtdır işə çıxmadığı barədə xəbər yayılmışdı.

Tarix
2018.12.26 / 17:12
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniya "Nardaran ssenarisi" ilə üzləşir - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla