Yuxarı

Azərbaycanlılara sürprizim var - Dünya şöhrətli yəhudi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mark Eliyahu yəhudi kamança ifaçısıdır. O, 1982-ci il mayın 28-də Dağıstanda anadan olub, 1989-cu ildə ailəsi ilə İsrailə köçüb. 16 yaşında ikən xalq artisti Habil Əliyevin kamança ifasına qulaq asıb təsirlənən Mark, Bakıya köçüb və Ədalət Vəzirovun rəhbərliyi altında kamança dərsləri alıb.

Mark Eliyahunun Kult.az-a verdiyi müsahibəni təqdim edirik:

– Sizdən öz musiqinizi bir neçə sözlə ifadə etməyi xahiş etsəm, həmin sözlər hansılar olar?

– Ruh, sevgi, dinclik.

– Yaradıcı insanların vaxtlarını təkbaşına, onların təbirincə desək, öz dünyalarında keçirməyi xoşladıqlarını deyirlər. Bu sizin üçün də belədir?

– Bəli, özümlə tək qaldığım zamanlar çox mühümdür və bu vaxt yeni əsərlər yaranır. Lakin ilham elə həyatın özündə, insanlardadır.

– Azərbaycanda çox insan sizin musiqinizi sevir və dinləyir. Musiqinizi ilk dəfə dinləyən insanların əksəriyyəti bunları məhz Azərbaycan musiqisi zənn edir. Bu barədə nə düşünürsünüz?

– Bunu eşitmək mənim üçün çox böyük şərəfdir, çünki Azərbaycan mənim musiqini öyrəndiyim yerdir. Yəni mənim musiqi məktəbimdir.

– Sizin Azərbaycan musiqisi ilə məşğul olmağınız, magistr təhsilinizi Ədalət Vəzirovdan almağınız, eyni zamanda Alim Qasımovla da birlikdə işləriniz haqqında oxumuşdum. Sizdən musiqimiz haqqında səmimi fikirlərinizi, Azərbaycan musiqi təhsiliniz haqda danışmağınızı istərdim.

– Mənim Azərbaycan musiqisi ilə tanışlığım uşaqlıqdan başlayır. Atam Piris Eliyahu tar çalar, muğam dinləyərdi. O, Azərbaycanın tanınmış musiqiçiləri Habil Əliyev, Alim Qasımov kimi sənətkarları evimizdə qonaq edərdi.

Mən 17 yaşımda kamançaya aşıq oldum. Atamın dostu Nazim Adbullayev məni möhtəşəm müəllimim Ədalət Vəzirovla tanış etdi. Ədalət bəy məni evinə aparıb, muğamı və kamança çalmağı öyrətdi. O, hər zaman mənim qəlbimdə qalacaq.

– Siz kamança ifa edirsiniz. Bəs ifalarınıza vokal daxil etməyi düşünürsünüzmü?

– Əlbəttə. Gələcəkdə azərbaycanlı dinləyiciləri sürprizlər gözləyir.

– Film üçün musiqi bəstələməyin çətinliyi varmı?

– Əslində, mən heç bir ehtiyac və sərhəd olmadan musiqi bəstələməyi daha üstün tuturam. Amma bildiyiniz kimi, filmlər üçün musiqi bəstələmişəm və hətta onların bəziləri İsraildə Oskarla təltif olunub. Film üçün mahnı bəstələmək çox maraqlıdır, çünki musiqi həmin hekayəni anladır.

– Azərbaycandan və dünyanın hər yerindən bu qədər sevilməyiniz sizi təəccübləndirirmi?

– Bu mənim üçün çox möhtəşəm və həyəcanvericidir. Düşünürəm ki, dünyanın ən yaxşı pərəstişkarlarına sahibəm.

– Nədən ilham alırsınız?

– Təbiət, sevgi, arzu.

– Kimləri dinləyirsiniz?

– Afrikadan yenicə gəlmişəm və hazırda Afrika mahnılarını dinləyirəm.

– Musiqi heç bir sərhəd və baryer tanımır. Bunu siz də öz musiqinizlə sübut edirsiniz.

– Əlbəttə. Mən müxtəlif mədəniyyətlərdən musiqilər bəstələyir, müxtəlif musiqi janrlarından təsirlənirəm. Bu, çox möhtəşəm duyğudur. Təsəvvür edin, dünyanın müxtəlif yerindən olan insanlar musiqimi dinləyərkən mənimlə eyni hisləri bölüşürlər.

– Musiqinizlə insanlara nə aşılamaq istəyirsiniz?

– Könülləri, qəlbləri ilə bağlılıq. Dərin duyğular və dərin xoşbəxtlik...

– Gələcəkdə Azərbaycanda konsert verməyi planlaşdırırsınızmı?

– Bunu səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, konsert tezliklə baş tutacaq. Konsert üçün yaxşı xəbərlər gözləyirik.

– Sonda azərbaycanlı dinləyicilərinizə nə demək istərdiniz?

– Sizi sevirəm və tezliklə görüşməyi ümid edirəm.

Tarix
2019.01.09 / 08:45
Müəllif
Anara Abil
Şərhlər
Digər xəbərlər

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla