Yuxarı

Eyvazov erməni ilə bir səhnədə oxumaqdan imtina etdi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Eyvazov erməni ilə bir səhnədə oxumaqdan imtina etdi

Azərbaycan əsilli tenor Yusif Eyvazov erməni soprano ilə eyni səhnəni paylaşmaqdan imtina edib.

Kult.az Oxu.az-a istinadən xəbər verir ki, Y.Eyvazov fevralın 7-də erməni sənətçi Ruzan Mantaşyanla Drezden Opera Ballında birlikdə səhnəyə çıxmalı idi.

Drezden Opera Ballı ilk dəfə 1925-ci ildə təşkil edilib. 1939-cu ildə – II Dünya Müharibəsinin başlamasına qədər səkkiz dəfə baş tutub. 2006-cı ildə Drezdenin qurulmasının 800 illik yubileyi münasibətilə ənənə davam etdirilib. Bu vaxtdan etibarən Ball hər il təşkil olunur.

Drezden Opera Balı təkcə Avropadan deyil, digər ölkələrdən də siyasi, sənət və iş adamlarının nümayəndələrini bir araya gətirir.

Qeyd edək ki, Yusif Eyvazov (tenor) Azərbaycanın Xalq artistidir. İfaçının repertuarına dramatik istedad və vokal bacarıqlarını göstərməyə imkan verən opera partiyaları daxildir. Onun adı "Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.

2017-ci ildə Yusif Eyvazov və həyat yoldaşı Anna Netrebko opera ulduzlarının "Half Way Around The World” konsert turunda iştirak edib. Tur çərçivəsində altı ölkənin səkkiz şəhərində konsertlər verilib.

Tarix
2020.01.13 / 23:46
Müəllif
Kult.az
Digər xəbərlər

İrəvanla Bakı arasında münasibətlərin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla