Yuxarı

Polad Bülbüloğluna Tiflisin açarı təqdim edildi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polad Bülbüloğluna Tiflisin açarı təqdim edildi

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Tiflis şəhərinin fəxri vətəndaşı" adına layiq görülüb və ona Tiflis şəhərinin açarı təqdim olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Gürcüstanın Milli Dövlət Muzeyinin həyətində açıq havada keçirilib və "Tiflis şəhərinin fəxri vətəndaşı" diplomunu Polad Bülbüloğluna Tiflis şəhər meri David Narimania təqdim edib.

Tədbirdə "Fəxri vətəndaş" seçilməyinə görə minnətdarlığını bildirən Polad Bülbüloğlu Tiflisi uşaqlıq illərinin şəhəri adlandırıb, valideynlərinin burada tanış olduğunu bildirib: "Bu şəhərdə Azərbaycanın görkəmli adamları yaşayıblar. Onlardan bir çoxu burada uyuyurlar. Bu şəhərdə Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyi fəaliyyət göstərir. Burada 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikasının istiqlaliyyəti elan edilib. Bu gözəl şəhərdə Azərbaycanın görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin büstü var. Mən imkandan istifadə edib Tiflis şəhər merinə, Gürcüstanın Mədəniyyət nazirinə təşəkkürümü bildirmək istəyirəm ki, bu şəhərdə mənim atam Bülbülün büstünü ucaldıblar. Burada mənim atam burada anamla qarşılaşıb. Buna görə də mən bu şəhəri heç vaxt unutmuram", - Polad Bülbüloğlu bildirib.

Ona göstərilən bu böyük şərəfə görə, Polad Bülbüloğlu tədbir iştirakçıları qarşısında Azərbaycan və gürcü mahnılarını ifa edib. Onun ifası alqışlarla qarşılanıb.

Tədbirdə Gürcüstanın hökumət və dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, nazirlər, Gürcüstanın Azərbaycandakı səfiri Azər Hüseyn və səfirliyin əməkdaşları, Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva və digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tarix
2015.10.17 / 00:52
Müəllif
Axar.az
Digər xəbərlər

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla