Yuxarı

“Traviata” üç ulduzun birgə ifasında

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Traviata” üç ulduzun birgə ifasında

Noyabrın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Traviata" operasının tamaşası keçiriləcək.

Axar.az xəbər verir ki, tamaşada aparıcı partiyalardan biri - Violetta partiyasını teatrımızın istedadlı solisti, əməkdar artist, Prezident mükafatçısı İnarə Babayeva, Alfred rolunu isə əməkdar artist Fərid Əliyev ifa edəcəklər.

Onlarla yanaşı, opera səhnəmizin parlaq simalarından biri - xalq artisti, Vokalçıların Bülbül adına I müsabiqəsinin Qran-Pri mükafatçısı Əli Əsgərov (Markiz d`Obinyi), əməkdar artistlər Səbinə Vahabzadə (Flora) və Anton Ferştandt (Doktor Qrevil) çıxış edəcəklər.

Klassik opera və balet tamaşalarına xaricdən tanınmış vokal və balet sənəti ulduzlarının dəvət edilməsi ilə bağlı teatrda çoxdan formalaşmış ənənəyə sadiq qalaraq bu dəfə də teatrın rəhbərliyi "Traviata" operasının tamaşasında çıxış etmək üçün Almaniya və Ukraynalı sənətçiləri qastrola dəvət edib. Azərbaycanlı opera sənətçiləri ilə birlikdə Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın əməkdar artisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Dmitri Qrişin tamaşada Jermon rolunu ifa edəcək. Opera tamaşasını Almaniyalı dirijor, Qut-İmmlinq opera sənəti festivalının musiqi rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrok idarə edəcək.

Tarix
2015.10.23 / 01:39
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla