Yuxarı

Üzeyir bəy və Cavidin son planı – Tarix

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Üzeyir bəy və Cavidin son planı – Tarix

Dünya şöhrətli Üzeyir Hacıbəyli ilə böyük dramaturq Hüseyn Cavid əfəndi hələ gənclik illərindən çox yaxın dost olublar.

Axar.az xəbər verir ki, onların dostluğu təkcə şəxsi zəmində deyil, sənət çərçivəsində də maraqlı yön alıbmış. Tez-tez görüşüb, müxtəlif məsələləri müzakirə edərmişlər. Bu görüşlərdə hətta işbirliyi, yaradıcılıq barədə də söhbətlər olarmış. Bu iki dahi şəxsiyyətin münasibətləri haqda Cavid əfəndinin həyat yoldaşı Mişkinaz xanım xatirələrində yazırdı:

"Yadımdadır... 1936-cı il sentyabr ayının 27-də Pənah bəyin kiçik qızı Nigarın ad günü idi. Yenə də dostlar ora toplaşmışdı. Söhbət zamanı Üzeyir bəy üzünü Cavidə tutub dedi:

- Cavid əfəndi, özün bilirsən, "Koroğlu" üzərində işləyirəm. Yaman vuruşdayam. İnşallah, "Koroğlu"nu qurtarandan sonra ürəyimdə tutmuşam ki, sənin "Şeyx Sənan"ına opera yazım.

Cavid dedi:

- Üzeyir bəy, mən sənin qulluğunda həmişə hazıram. Nə vaxt istəsən "Şeyx Sənan"a libretto yazaram. Sonra Üzeyir bəy yarıkədərli halda dedi ki, özün bilirsən də, mənim "Şeyx Sənan" operamın librettosu o qədər də xoşuma gəlmir. Sənin "Şeyx Sənan"ın mənim ürəyimcədir. Allah sənə də, mənə də cansağlığı versin. Yaxşı bir əsər yazarıq".

1937-ci il aprelin 30-da Üzeyir bəyin "Koroğlu" operasının premyerasında Hüseyn Cavid də ailəsi ilə birlikdə iştirak edirdi. Əsəri çox bəyənən Cavid əfəndi hədsiz sevinc içində "bu gün əsil xalq bayramı, əsil sənət bayramıdır", - deyib dostunu təbrik edir.

"Koroğlu" operası haqqında ilk resenziyalardan birini də 1937-ci il 6 may tarixli "Yeni yol" qəzetində Hüseyn Cavid yazıb.

Amma təəssüf ki, "Şeyx Sənan" operası üzərində bərabər işləmək niyyəti bu sənətkarlara nəsib olmadı. 37-ci il repressiyası bu iki böyük sənətkarın arzusuna son qoydu. 4 iyun 1937-ci ildə Hüseyn Cavidi gedər-gəlməzə göndərdilər.

Lakin bundan sonra da Üzeyir bəy hər çətinliyə rəğmən, Hüseyn Cavidin ailəsinə yardım edir, onun oğlu Ərtoğrul Cavidin sənətkar kimi yetişməsində müstəsna rol oynayır.

Qanlı repressiyalar Azərbaycan mədəniyyətindən təkcə böyük şəxsiyyətləri deyil, həm də mədəniyyətimizin qızıl incisinə çevriləcək mühüm əsərləri də silib apardı.

Tarix
2015.10.28 / 09:18
Müəllif
Nigar An
Digər xəbərlər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla