Yuxarı

Qəbiristanlıqdan tapılan azyaşlı ilə bağlı dəhşətli faktlar - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəbiristanlıqdan tapılan azyaşlı ilə bağlı dəhşətli faktlar - Video

Mehdiabad ərazisində baxımsız vəziyyətdə tapılan azyaşlı uşaq polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib.

Axar.az xəbər verir ki, hadisə ilə bağlı "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə Baku TV-yə açıqlama verib.

O bildirib ki, uşaq təxminən iki gün əvvəl Fatmayı qəbiristanlığı yaxınlığında, məscid ətrafında aşkarlanıb.

"Uşağın anası rəsmi şəkildə, notarial qaydada övladından imtina etdiyini bildirib. Azyaşlı artıq bütün tibbi müayinələrdən keçirilib, onun doğum haqqında şəhadətnaməsi var", - deyə K.Ağazadə qeyd edib.

Birliyin sədri həmçinin uşağın anasının erkən evliliyin qurbanı olduğunu və ağır sosial vəziyyətdə yaşadığını vurğulayıb:

"Ananın hələ 20 yaşı tamam olmayıb. Məlumata görə, bu uşaqdan başqa daha bir övladı olub, lakin o, altı aylıq olarkən dünyasını dəyişib. Ana bildirib ki, uşağı tez-tez evdə tək qoyaraq işləməyə gedirmiş. Onlar müxtəlif ünvanlarda kirayədə yaşayıblar və davranışlarına görə yaşayış yerlərini tez-tez dəyişməli olublar".

K.Ağazadə uşağın tapılan zaman ağır vəziyyətdə olduğunu da əlavə edib:

"Uşaq sığınacağa gətiriləndə çox baxımsız halda idi, hətta geyimlərini polis əməkdaşları təmin ediblər. O, göz kontaktı qurmur, adına reaksiya verməsi üçün bir neçə dəfə səsləmək lazım gəlir".

Qeyd edək ki, hazırda Sosial Xidmətlər Agentliyi tərəfindən uşağın vəziyyəti qiymətləndirilir. Müvafiq müayinələr başa çatdıqdan sonra azyaşlının mənafeyinə uyğun olaraq, onun sosial qayğı ilə təmin edilməsi istiqamətində zəruri addımlar atılacaq.

Tarix
2026.05.07 / 00:25
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyandan Qarabağla bağlı şok: Bu, bizim üçün tələ idi!

Prezidentin Ona göstərdiyi böyük ehtiram... - Video

Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşdı

“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd...

Bu dəmir yolu Zəngəzurla Naxçıvanı birləşdirəcək - Prezident

Qarabağ buğda əkən bir neçə generalın nəzarəti altında idi

Putin Kremldən Paşinyana xəbərdarlıq etdi

Bu ölkələr bizi dayandırmaq istəyirdi

Şuşanın azad olunması ilə Ermənistan ordusunun beli qırıldı

Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərənlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla