Yuxarı

Albano Bakı haqqında: “Bu, inanılmaz idi”

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Albano Bakı haqqında: “Bu, inanılmaz idi”

Mən Bakıda 50 il əvvəl olmuşdum və yenidən ora gedəndə tam fərqli bir Bakı gördüm.

Bu sözləri Report-a açıqlamasında məşhur italiyalı müğənni Albano Korrizi deyib.

O, iki il əvvəl Bakıda "İtaliya gecələri" tədbirinin keçirildiyini və məşhur italiyalı müğənnilərin orada çıxış etdiyini xatırladıb:

"Bu, inanılmaz idi və onu göstərir ki, hökumət Azərbaycanın dünyada daha çox tanınması üçün böyük işlər görür".

Müğənni, həmçinin Bakıya yenə gələcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, 2013-cü ilin dekabrında Albano Korrizi "San Remo" İtaliya musiqi festivalının iştirakçıları - Toto Kutunyo, "Ricchi E Poveri" qrupu, Rikkardo Folyi, Umberto Totsi, Toni Espozito, Pupo, "Matia Bazar" qrupu, Mariya Fiordalizo, İvana Spanya ilə birgə "Baku Crystal Hall" kompleksinin səhnəsində çıxış edib.

Tarix
2015.12.13 / 13:40
Müəllif
Axar.az
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla