Yuxarı

“Kür çayı bunu min il gözlədi” - Bir abzas

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kür çayı bunu min il gözlədi” - Bir abzas

Axar.az-ın"Bir abzas" layihəsində hər hansı ədəbiyyat adamı haqda həmkarlarının fikirlərini təqdim edəcəyik. Layihənin ilk qonağı yaxın günlərdə 62 yaşını qeyd edən Azərbaycan şairi Əlisəmid Kürdür.

AYB-nin Muğan bölməsinin yaradıcısı və ilk sədri şair Namiq Hacıheydərli Əlisəmid Kürün yaradıcılığı haqda fikirlərini bir abzasa sığdırmağa çalışıb:

Dəli Kürə şeir deyən dəli-dolu şairimiz

Əlisəmid Kür təpədən-dırnağa şairdir: yerişi, danışığı, davranışı, sağlıq deməsi, özünün əzab çəkə-çəkə ətrafındakılara "darıxma, yaxşı olacaq" söyləməsinə qədər bütün tərəfləri ilə. Və təxəllüsünə qədər... Mənə elə gəlir, Kür çayı bir şair adına təxəllüs kimi qoşulmaq üçün 1000 il məhz Əlisəmidin gəlişini gözləyib. Bu adı ancaq Əlisəmid daşıya bilərdi. Əlisəmid dünyaya çay olaraq gəlsəydi, Kür çayı kimi var olardı. Kür çayı insan kimi doğulsaydı, Əlisəmid şəklində doğulardı. Kür çayına bu şeiri söyləyən dəli-dolu da ancaq o ola bilərdi:

Yağışlı bir gecədə
adımı söylədim Kürə.
Sağ-soluma baxdım
gördüm heç kəs eşitmədi.
Yağış dəli,
Kür dəli.
Qoşulub dəli sulara
şeir dedim
mən dəli...

Tarix
2016.02.16 / 08:45
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla