Yuxarı

Avroviziya-2016-nın vaxtı açıqlandı

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avroviziya-2016-nın vaxtı açıqlandı

İsveçdə Avroviziya-2016 mahnı müsabiqəsinin vaxtı açıqlanıb.

AzərTac xəbər verir ki, İsveç KİV-ləri xəbər verirlər ki, əvvəlki illərdə olduğu kimi bu il də müsabiqə iki yarımfinal və final mərhələlərindən ibarət olacaq. Müsabiqənin birinci yarımfinalı mayın 10-da, ikinci yarımfinalı mayın 12-də, finalı isə mayın 14-də keçiriləcək.

Müsabiqə Stokholmda "Qloben Arena"da keçiriləcək.

Bu il müsabiqədə 43 ölkənin nümayəndələri iştirak edəcək. Bolqarıstan, Bosniya və Herseqovina, Ukrayna və Xorvatiya yenidən müsabiqəyə qatılıblar. Ötən ilin debütant ölkəsi - Avstriya iştirakını davam etdirir, Portuqaliya isə iştirakçısını göndərməkdən imtina edib.

Xatırladaq ki, 2015-ci ildə Vyanada keçirilən müsabiqədə İsveç təmsilçisi Mons Zelmerlev qalib gəlib. Beləliklə, Avroviziya-2016 müsabiqəsini keçirmək hüququnu İsveç qazanıb.

Tarix
2016.03.13 / 00:07
Müəllif
Axar.az
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla