Yuxarı

Avroviziya-2016-nın qalibi Rusiya olacaq?

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avroviziya-2016-nın qalibi Rusiya olacaq?

Avroviziya-2016 mahnı müsabiqəsində iştirak edəcək ölkələrə pul qoyuluşu qəbul edən Böyük Britaniyanın nüfuzlu "Villiam Hill" bukmeker kontorunun mövcud əmsallarında dəyişiklik olub.

APA-nın "Villiam Hill"in saytına istinadən verdiyi xəbərə görə, Avroviziya-2016 mahnı müsabiqəsini qazanmağa ən şanslı namizəd kimi Rusiya təmsilçisi (3.00 əmsalla) ilk pilləni qoruyub.

Rusiya nümayəndəsinə pul qoyan şəxslər ifaçı qalib gələcəyi təqdirdə, hər dollara görə 3 dollar qazanacaqlar.

İkinci pillədə qərarlaşan İsveçin əmsalı 4.00-dan 5.50-yə yüksəlib. Üçüncü pillədə isə 9.00 əmsalla Malta qərarlaşıb. Xorvatiyanın əmsalı 9.00-dan 10.00-a, Avstraliyanın əmsalı 10.00-dan 11.00-ə qalxıb. Latviyanın əmsalı isə 17.00-dan 15.00-ə enib.

Azərbaycanın əmsalı 21.00-dan 26.00-a yüksəlib. Azərbaycanı müsabiqədə Səmra Rəhimli təmsil edəcək. O, "Miracle" ("Möcüzə")" mahnısını ifa edəcək.

Qeyd edək ki, builki yarışın birinci yarımfinalı 10 may, ikinci yarımfinal 12 may, final isə 14 mayda İsveçin paytaxtı Stokholmda keçiriləcək. Azərbaycan birinci yarımfinalda çıxış edəcək.

Tarix
2016.03.19 / 22:45
Müəllif
Axar.az
Digər xəbərlər

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla