Yuxarı

“Xalqı səfərbərliyə səsləmək düz deyil, çünki...”

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Xalqı səfərbərliyə səsləmək düz deyil, çünki...”

Hərbi mahnılar hansı prinsiplər əsasında yazılmalıdır?

Axar.az-ın bu sualını tanınmış bəstəkarlar cavablandırıb.

Gövhər Həsənzadə hərbi mahnıların vətənə sevgi aşılamasını vacib sayır:

"İndi hər kəs öz işindən başqa hər işlə məşğul olur. Bizdə hamı emosiyalıdır. Düşünürəm ki, siyasətçi siyasətlə, fəhlə fəhləliklə, sənətçi də sənəti ilə məşğul olmalıdır. Hamı mahnı yaza bilməz. Hərbi mahnı isə heç yaza bilməz. Çünki hərbi mahnı böyük məsuliyyətdir. İndi yazılan mahnılarmızın 70 faizi hərbi üslubdadır. Amma hamısı demək olar ki, eyni tempdədir. Düşünürəm ki, hərbi mahnıda xalqı səfərbərliyə səsləmək düzgün deyil. Çünki bizim onsuz da yetərincə güclü ordumuz var. Hərbi mahnıda vətənə, millətə məhəbbət əks olunmalıdır".

Nailə Mirməmmədlinin fikrincə, hərbi mahnı vətənə sevgi aşılamalıdır:

"Mənə görə, hərbi mahnı xalqa bildirməlidir ki, sən bu vətənin övladısan, öz vətənini sevməli, qorumalısan. Daim öz vətəninin keşiyini çəkməlisən".

Eldar Mansurov bunun üsluba görə dəyişdiyini düşünür:

"Ümumiyyətlə, bu, çox geniş mövzudur. Düşünürəm ki, hərənin bir üslubu var. Biri onu kədərli yazır, biri çağırış kimi. Kimdə necə alınırsa, elə də yazır".

Vüqar Camalzadə istənilən növ hərbi mahnını bəyənir:

"Fikirləşirəm ki, hərbi mövzuda olan istənilən mahnı yaxşıdır, çünki vətənə yazılıb. Buna görə də mənim üçün fərq etmir o mahnı lirikdir, ya ritmik. Hətta rok üslubunda belə ola bilər. Əsas odur ki, xalqa, millətə qələbə ruhunu, hissini aşılaya bilsin".

Tarix
2016.04.09 / 09:09
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla