Yuxarı

Səfirimizin 14 yaşlı oğlu dirijor oldu

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfirimizin 14 yaşlı oğlu dirijor oldu

Novosibirskdə keçirilən beynəlxalq "Transsibir art festivalı"nda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun oğlu Murtuza Bülbüloğlu dirijorluq edib.

ANS-in məlumatına görə, səfirin özünün də konsertdə çıxış etməsi gözlənilir.

Bu barədə festivalın bədii rəhbəri Vadim Repin jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə əsasən, səfir ifa edən zaman orkestrə onun oğlu Murtuza dirijorluq edəcək.

Murtuza Bülbüloğlu ənənəvi "Uşaqlar-uşaqlara" ("Дети - детям") proqramında iştirak edir. "Onun 14 yaşı var və yaxşı dirijorluq edir. Biz onu da bu konsertə dəvət etdik ki, o, bir əsərə dirijorluq etsin. Bu haqda onun atası eşidib və oğlunu dəstəkləmək üçün festivala gəlməyə qərar verib. Polad Bülbüloğlu hədiyyə olaraq festivalda bir mahnı da ifa etməyə söz verib", - deyə bədii rəhbər proqramdan öncə qeyd edib.

Üçüncü "Transsibir art festivalı" 2016-cı ilin aprelin 9-dan 24-dək Novosibirsk şəhərində keçirilir. Festival çərçivəsində Böyük Britaniya, İsrail, Cənubi Koreyaya, Yaponiyada da konsertlər keçirilməlidir. Tədbirlərdə 26 solistin və 11 dirijorun iştirak edəcəyi gözlənilir.

İkinci "Transsibir art festivalı" 2015-ci ilin yaz ayında baş tutub. 15 gün ərzində dünya səhnəsinin ulduzlarının iştirakı ilə 15 konsert keçirilib. 15 mindən çox tamaşaçının iştirak etdiyi festivalda 200-dən çox artist çıxış edib.

Xalq artisti Polad Bülbüloğlunun oğlu ilk dəfə atasının 70 illik yubiley mərasimində hər kəsi təəccübləndirib. O vaxt 12 yaşlı Murtuza Bülbül səhnəyə çıxaraq, atasının mahnılarından ibarət popurini səsləndirən orkestrə dirijorluq edib. Övladının bu hərəkətindən təsirlənən P.Bülbüloğlu onun yaşda olarkən atasına eyni sürprizi etdiyini söyləyib.

Tarix
2016.04.17 / 00:04
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla