Yuxarı

Araz Hümbətli Fransanı heyran etdi - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Araz Hümbətli Fransanı heyran etdi - Video

Bakıda dünyaya gələn Araz 2014-cü ildə Tuluza şəhərinə köçüb.

Fransanın TF1 telekanalında yayımlanan "The Voice 5" müsabiqəsinin iştirakçısı olmuş azərbaycanlı müğənni Araz Hümbətli ötən gün Fransada, Mulhouse şəhərində konsert proqramı ilə çıxış edib.

Oxu.az xəbər verir ki, o, səhnədə Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i səsləndirib.

Qeyd edək ki, Bakıda dünyaya gələn Araz 2014-cü ildə Tuluza şəhərinə köçüb.

O, 2013-cü ildə "Mənim şizofreniyam" adlı psixodelik musiqi əsərini yazıb.

2014-cü ildə isə Camille Chaumereuil-in "Nous saluerons la lune" ("Biz Ayı salamlayırıq") filminin orijinal musiqisini bəstələyib.

Araz elə həmin ildə Tuluza şəhərində özünün The Preachers adlı blues-rok musiqi qrupunu yaradıb.

2015-ci ildə Lyon şəhərində sınaq olaraq Nuances musiqi qrupunu təşkil edib. Həmin il "Araz d’ArazÔzarA" ləqəbi ilə özünün "Nightmare Through The Pill of Happiness" adlı birinci albomu üzərində işləməyə başlayıb.

Onun "d’ArazÔzarA" ləqəbi Araz və Zara adlarının, yəni xarakterin iki tərəfinin, kişi və qadının, səma və torpağın birləşməsidir.

2016-cı ildə isə o, özünü "The Voice 5" musiqi yarışmasında sınayıb.

"Wicked game" mahnısını tar ilə ifa edən azərbaycanlı öz səsi və bacarığı ilə auditoriyanı və münsiflər heyətini heyran qoyub.

Tarix
2016.04.27 / 23:10
Müəllif
Axar.az
Digər xəbərlər

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla