Yuxarı

Nadir Qafarzadə istefa verdi - Səbəb

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nadir Qafarzadə istefa verdi - Səbəb

Artıq iki il idi ki, "Azərbaycanın səsi" müsabiqəsində münsif idim. Bu yarışma yay aylarına təsadüf etdiyinə görə, demək olar ki, dincələ bilmirdim.

Bu sözləri müğənni Nadir Qafarzadə "Azərbaycanın səsi" müsabiqəsində münsif olmaqdan imtina etməsi haqda Axar.az-a danışarkən deyib. O, istirahət üçün və bəzi nüanslara görə belə bir qərar verdiyini bildirib:

"İstirahət mövsümündə ailəmlə, yaxınlarımla dincəlməyə vaxtım olmurdu. Məhz bu amili nəzərə alıb, müsabiqənin yaradıcı heyəti ilə danışmaq qərarına gəldim, gələ bilməyəcəyimi söylədim. Onlar da çox sağ olsun ki, məni anladılar. Açığı, iki il bu yarışda münsif olduğum müddətdə bir çox nüanslar gördüm. Bəzən həqiqəti söyləmək əvəzinə susmalı olurdum. Bu da mənim xarakterimə uyğun deyildi. İştirakçıların bəzilərindən mənə zənglər gəlirdi. Deyirdilər ki, filankəs bizim adamdır, onu təriflə. Amma mən ağa ağ, qaraya qara deyən insanam. Həqiqəti deyən zaman ürəyim ağrıyırdı. Bir sözlə, münsif olmaq mənə görə deyildi. Gələcəkdə yenidən münsif olub-olmayacağımı isə zaman göstərəcək. Hələliksə istirahət etmək istəyirəm".

Qeyd edək ki, ötən mövsüm "Azərbaycanın səsi"nin münsiflər kürsüsündə xalq artisti Nisə Qasımova, əməkdar artist Elza Seyidcahan, müğənnilər Nadir Qafarzadə, Elton Hüseynəliyev yer alırdı.

Tarix
2016.06.13 / 15:15
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla