
"Neftçi" Kipr komandası ilə qarşılaşdı, 4 qol vuruldu
20:40
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Gürcüstanın hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası oktyabrın 4-də keçiriləcək seçkilərlə əlaqədar Tiflis meri vəzifəsinə Kaxa Kaladzenin namizədliyini rəsmi olaraq irəli sürüb.
Axar.az xəbər verir ki, hazırda Mtatsminda Parkında Kaxa Kaladzenin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbir keçirilib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcü Arzusu komandası adından Kaxa Kaladzeni paytaxt merliyinə namizəd kimi irəli sürüb. Tədbirdə Gürcü Arzusunun fəxri sədri Bidzina İvanişvili də iştirak edib.
Qeyd edək ki, K.Kaladze ilk dəfə 2017-ci ildə, ikinci dəfə isə 2021-ci ildə paytaxt meri seçilib.
Məlumat üçün bildirək ki, oktyabrın 4-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.
Tarix
2025.07.31 / 23:18
|
Müəllif
Axar.az
|