Yuxarı

Türkiyənin üçüncü vətəndaşı kosmosa uçacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin üçüncü vətəndaşı kosmosa uçacaq

Türkiyənin "Erdem" Holdinqinin İdarə Heyətinin üzvü Gökhan Ərdəm ölkənin kosmosa uçan üçüncü vətəndaşı olacaq.

Axar.az xəbər verir ki, müxtəlif ölkələrin, o cümlədən Türkiyənin nümayəndələrinin iştirak edəcəyi “Blue Origin” şirkətinə məxsus kosmik aparatın uçuşu avqustun 3-ü ABŞ-ın Texas ştatındakı Van Horn poliqonundan planlaşdırılır.

“Blue Origin” şirkətinin 14-cü suborbital missiyasının iştirakçıları Yer atmosferi ilə kosmos arasındakı şərti sərhəd hesab olunan Karman xəttini keçəcəklər. Missiyanın emblemində heyət üzvlərinin hər birini təmsil edən simvollar yer alıb. Məsələn, Bosfor boğazı Gökhan Ərdəmin Türkiyəyə mənsubluğunu simvolizə edir.

Qeyd edək ki, daha əvvəl Türkiyənin Milli Kosmik Proqramı çərçivəsində Alpər Gezeravcı və Tuva Cahangir Atasevər kosmosa uçuş həyata keçiriblər.

Tarix
2025.07.31 / 23:58
Müəllif
Axar.az
Digər xəbərlər

İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...

İlham Əliyev sabiq prezidentə başsağlığı verdi

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla