Yuxarı

Türkiyənin mini qanadlı raketi yunanları qorxuya saldı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin mini qanadlı raketi yunanları qorxuya saldı...

Türkiyənin müdafiə sənayesinin önəmli qurumlarından olan "Baykar" tərəfindən hazırlanmış mini qanadlı raket KAMANKEŞ-1 yunan mətbuatında gündəm olub.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, yunan mediası KAMANKEŞ-1-in Egey dənizində qaydaları dəyişəcəyini yazaraq, raketin hədəfləri tam dəqiqliklə vurduğunu qeyd edib.

Afinadan KAMANKEŞ-1 təhlili

Yunan mətbuatında bildirilib ki, Türkiyənin "Baykar" şirkəti tərəfindən hazırlanmış və "Bayraqdar TB3" pilotsuz uçuş aparatı ilə sınaqdan keçirilmiş yeni mini qanadlı raket KAMANKEŞ-1 bölgədəki qüvvələr balansını dəyişdirəcək. Xəbərdə vurğulanıb ki, süni intellektlə təchiz olunmuş, gecə-gündüz əməliyyat apara bilən və elektron maneələrə davamlı KAMANKEŞ yüksək texnologiyalı silahdır. Raketin düşmən cəbhəsinin dərinliyindəki hədəfləri yüksək dəqiqliklə vura bildiyi qeyd olunub.

Hər şəraitdə fasiləsiz əlaqə

Jet mühərrikinə sahib KAMANKEŞ-1-in 20 dəqiqəlik uçuş müddəti var və yalnız "TB3"dən deyil, həm də "Bayraqdar TB2" və AKINCI-dan buraxıla bilir. Süni intellekt dəstəkli optik idarəetmə sistemi sayəsində əlverişsiz hava şəraitində belə hədəf aşkarlamaq və məhv etmək mümkündür, maneə qarşısı alma texnologiyası ilə operatorla fasiləsiz əlaqə saxlanılır.

"Müdafiə planımız çətinləşəcək" etirafı

Yunan mediası yazır ki, bu silahın Türkiyə PUA-sına inteqrasiya olunması onların müdafiə planlaşdırmasını çətinləşdirəcək. Aşağı xərc, yüksək dəqiqlik və avtonom uçuş imkanı Türkiyəyə pilotlu təyyarə istifadə etmədən dəqiq zərbələr endirmə üstünlüyü verir.

Xəbərdə həmçinin vurğulanıb ki, sistem geniş miqyasda tətbiq olunduğu halda, inkişaf etmiş hava hücumundan müdafiə və elektron müharibə tədbirlərinə ehtiyac yaranacaq. KAMANKEŞ-1-in Egey və Şərqi Aralıq dənizində strateji üstünlük verən texnologiyalara sərmayə qoyan Türkiyənin PUA-larla ağıllı sursatların birlikdə işlədiyi yeni əməliyyat doktrinasının bir parçası olduğu bildirilib.

Tarix
2025.08.11 / 01:33
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla