Yuxarı

Toni Blerdən inanılmaz üzrxahlıq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Toni Blerdən inanılmaz üzrxahlıq

Biz elə vəziyyətdə idik ki, təhlükənin hardan, kimdən gələ biləcəyi ilə bağlı təsəvvürümüz yox idi.

Axar.az xəbər verir ki, bunu Britaniyanın keçmiş baş naziri Toni Bler İraqın işğalı ilə bağlı tənqidlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, həmin dövrdə İngiltərə parlamenti və hökumət müharibəyə meylli olub:

"Biz elə vəziyyətdə idik ki, təhlükənin hardan, kimdən gələ biləcəyi ilə bağlı təsəvvürümüz yox idi. Olduqca çətin vəziyyət idi. Düz yolu tutduğumuzdan əmin idik. Lazım hesab etdiyimiz tədbirləri görməyə məcbur idik.

Yalan yox idi. Parlament və kabinet müharibəyə meyilli idi və bu, sirr deyildi. İraqda müharibəyə başlamaq asan qərar olmadı. Bu, mənim illər boyu fəaliyyətimdəki ən böyük qərarım idi. Britaniya xalqı mənim müharibə qərarımı dəstəklədi və mənə inandı. Onlar inanırdı ki, bu qərarı qəbul etmək mənim borcumdur. Bu addımın düzgün olduğunu düşünürdüm və etdim. Amma çox peşmanam. Təsəvvür edə bilməyəcəyiniz qədər peşmanam. Üzr istəyirəm".

Xatırladaq ki, 2003-2009-cu illərdə Böyük Britaniyanın İraq müharibəsində iştirakını araşdıran Çilkot hesabatı açıqlanıb. Hesabatda həmin dövrdə baş nazir olan Toni Blerin rəhbərliyi ilə hökumətin İraqda kobud hərbi və siyasi səhvlərə yol verdiyi bildirilib.

Tarix
2016.07.06 / 17:46
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla