Yuxarı

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirildi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2025-ci ilin hazırlıq planına uyğun olaraq, avqustun 17-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, hərbi orkestrlərin müşayiəti ilə döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, həmçinin Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Təntənəli surətdə hərbi andı qəbul edən gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz veriblər.

Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandirləri çıxış edərək gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik edib, onlara Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş hazırlıqlarını daim yüksəltmələrini, komandir-rəis heyətinin əmr və göstərişlərini dəqiq və vaxtında yerinə yetirmələrini, torpaqlarımızın müdafiəsi naminə hər an hazır olmalarını tövsiyə ediblər.

Çıxış edən gənc əsgərlərin valideynləri övladlarının Vətən qarşısında şərəflə xidmət etmələrindən qürur duyduqlarını və yaradılan şəraitə görə dövlət başçısına, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Andiçmə mərasimləri hərbi qulluqçuların təntənəli marşlarla tribunaların önündən keçidləri ilə başa çatıb.

Tarix
2025.08.17 / 18:17
Müəllif
Axar.az
Digər xəbərlər

Tehrandan İrəvana tələb: ABŞ müdaxilə edəcək

Kremlin türk ölkələrinə qarşı dil şantajı davam edir

2 ayda 3 konsert: Real Ermənistanda bayramdır - Paşinyan

29 sm boy fərqi belə olmur - Putin-Tramp görüşündə müəmma

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Pezeşkianın İrəvan səfəri öncəsi İrandan mühüm mesaj

Xəzərdə nəhəng qara ləkə: Azərbaycan və Qazaxıstan... - Foto

İcra başçısını ittiham edən qohumu barədə qərar

Bu, Bakının mövqeyini gücləndirir - Yücə

Azərbaycan və Ukrayna XİN başçıları danışdı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla