
Varşava yaxınlığına “Şahid” PUA-sı düşdü - Video
14:38
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Belarus Prezidenti Aleksandr Lukaşenko və İran Prezidenti Məsud Pezeşkian arasında Minskdə görüş keçirilir.
Axar.az xəbər verir ki, bu barədə Belta məlumat yayıb.
Bildirilib ki, tərəflər ikitərəfli əməkdaşlıq perspektivlərini və beynəlxalq vəziyyəti müzakirə edirlər.
Qeyd edilib ki, danışıqlar həm geniş, həm də məhdud tərkibdə keçiriləcək.
Məlumata görə, Lukaşenko və Pezeşkian Belarus və İran arasında ticarət, investisiya və sənaye kooperasiyası, elm, texnologiya və təhsil sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avrasiya İqtisadi İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı, BRICS və BMT çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Tarix
2025.08.20 / 11:50
|
Müəllif
Axar.az
|