Yuxarı

Bu, atamın ölüm səbəbi ilə bağlı düzgün məlumat deyil…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda atamın nəşi Bakıdan Tovuz rayonuna aparılır.

Kult.az xəbər verir ki, bu barədə Teleqraf-a şair Məmməd İsmayılın qızı İntizar İsmayıl məlumat verib.

Mərhumun qızı atasının ürək çatışmazlığından vəfat etdiyini qeyd edib:

"Mediada atamın ağciyər xərçəngindən dünyasını dəyişdiyi bildirilib, bu, düzgün məlumat deyil".

İntizar İsmayıl atasının iki dəfə Ankarada əməliyyat olunduğunu xatırladıb:

"Bakıda kimyaterapiyalar qəbul edirdi. Bu ilin iyulunda xəstəliyi ağırlaşmağa başladı və xəstəxanada müalicə aldı. Beynində şiş vardı. Son iki gündə koma vəziyyətinə düşmüşdü, danışa bilmirdi. Amma arada bacılarımın adını çağırırmış".

İntizar İsmayıl atasının bu gün Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində bir təpənin üzərində dəfn ediləcəyini deyib:

"Buranı özü öncədən vəsiyyət etmişdi. Valideynləri də həmin qəbiristanlıqda uyuyurlar".

Qeyd edək ki, Məmməd İsmayıl ötən gün 86 yaşında vəfat edib. O, bir neçə gün əvvəl "Bona Dea" xəstəxanasına yerləşdirilmişdi.

Tarix
2025.08.20 / 13:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov kiprli həmkarı ilə danışdı: Buna hazırıq!

Azərbaycan Rusiyadakı bu müsabiqəyə qatılmayacaq

Pekin və Dehli ABŞ-a qarşı birləşir: Ağ Ev bundan imtina edəcək

Stiven Dauti Azərbaycana gələcək

Onlar bizim Prezidentimizdən çox şey öyrənməlidir - Deputat

Trampdan Azərbaycan açıqlaması: Bunu həll etdim!

Fransanın Bakıya göndərdiyi səfir barədə - Yeni detallar

İran Zəngəzur dəhlizi ilə bağlı buna qarşı deyil - Vardanyan

Müharibədən sonra ölkəmizə gələn ukraynalıların sayı...

Hacıyev Türkiyə səfiri ilə sülh prosesini müzakirə etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla