Yuxarı

Bu, Rusiyanı başqa ölkələrə hücuma sövq edəcək - VP

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Rusiyanı başqa ölkələrə hücuma sövq edəcək - VP

Ötən həftə Ukrayna Prezidenti Vladimir Zelenski yeddi Avropa lideri ilə birlikdə Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüb. Qərb müttəfiqləri Trampı Vladimir Putinlə Alyaskadakı sammitdən sonra Moskvaya güzəştlərdən yayındırmağa çalışır.

Axar.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" məlumat yayıb.

"Yeni qalmaqalın qarşısını almaq istəyən Zelenski çıxışı zamanı beş dəqiqə ərzində Trampa on dəfədən çox təşəkkür edib. Lakin diplomatik səylərə baxmayaraq, Trampın “Ukraynada qətli dayandırmaq və müharibəni bitirmək” məqsədinə nail olmaq mümkün olmayıb. Amerika lideri Putinlə danışdıqdan sonra sosial şəbəkədə yazıb: “Hamı belə qərara gəldi ki, Rusiya ilə Ukrayna arasındakı dəhşətli müharibəni dayandırmağın ən yaxşı yolu, sadəcə atəşkəs razılaşması deyil, birbaşa müharibəyə son qoyacaq sülh sazişinə keçməkdir".

Bununla belə, Kreml Kiyevdən güzəşt tələb etməkdə davam edir, o cümlədən Donbasın əhəmiyyətli hissəsindən imtinasını da istəyir. Nəzərə alsaq ki, Putin bu torpağı hərbi yolla ala bilməyib, Ukraynaya əraziləri könüllü olaraq təhvil verməsi üçün təzyiq etmək tam bir fiasko olardı. Bu, dünyada təcavüzkarları başqalarının torpaqlarını zorla ələ keçirməyə sövq edərdi", - məlumatda qeyd olunub.

Tarix
2025.08.25 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla