Yuxarı

Həll yoxdur, "diplomatik partlayış" yaşanır - NYT

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həll yoxdur, "diplomatik partlayış" yaşanır - NYT

Son 10 gün ərzində Ukrayna Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri diplomatik fəaliyyətin ən intensiv “partlayışlarından” birini gördü. ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Putinlə, ardınca Ukrayna Prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə görüşüb.

Axar.az xəbər verir ki, “Nyu York Tayms” həm döyüş meydanında, həm də diplomatik cəbhədə Ukraynanı bundan sonra nələrin gözlədiyini proqnozlaşdırıb.

Nəşr qeyd edib ki, müharibə sammitləri sülh sazişi və ya atəşkəs olmadan başa çatıb. Optimist bəyanatlar da müharibənin həllinə o qədər də təkan vermədi - əsas mübahisəli məsələlər həll olunmadı.

"Putin və Zelenski arasında zirvə görüşünün baş tutması indi mümkün deyil, baxmayaraq ki, Ukrayna prezidenti dəfələrlə buna hazır olduğunu bəyan edib və bunu müharibəyə son qoymağın yeganə yolu adlandırıb. Alyaska sammitindən sonra Ağ Ev bildirib ki, Putin Trampın belə bir görüşü təşkil etmək təklifi ilə razılaşıb. Lakin Ağ Ev bundan sonra daha pessimist fikir bildirib", - jurnalistlər əlavə edirlər.

Öz növbəsində, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə bir görüşün planlaşdırılmadığını və hər halda, ilk növbədə gündəliyin razılaşdırılmalı olduğunu bildirib.

Tarix
2025.08.26 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Hacıbəylini niyə təhvil vermir? - Şübhəli məqamlar

İrəvandan Türkiyə və Azərbaycanla bağlı açıqlama

Prezident və xanımı İsveçrəyə getdi - Foto

Aleksandr Vuçiç Azərbaycana gələcək

Polşa səfirliyi Azərbaycana başsağlığı verdi

Azərbaycan XİN İspaniyaya başsağlığı verdi

Xalqımızın məruz qaldığı ən dəhşətli faciələrdən biri...

Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi

Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı

Sabah başlayır: Paşinyan görüşə niyə getmədi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla