Yuxarı

ABŞ-dan İsrailə sərt xəbərdarlıq: Hücumları dayandır!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-dan İsrailə sərt xəbərdarlıq: Hücumları dayandır!

ABŞ Konqres üzvləri İsrailin Suriyaya olan son hücumlarına kəskin reaksiya verib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Konqres üzvləri Tel-Əviv rəhbərliyini xəbərdar edərək, İsraili Suriyaya düşmən münasibəti və bu konteksdə hücumları dərhal dayandırmağa çağırıb.

"Suriyanın 14 ildən çoxdur ölkəni yoran zorakılıq və qarşıdurmaları geridə qoyub uğura çatmaq üçün bir şansa ehtiyacı var. İsrailin Suriyaya etdiyi sabitliyi pozan hücumlar bu məqsədə çatmağı daha da çətinləşdirir. İsraili bu fürsəti dəyərləndirməyə və düşmənçiliyi dərhal dayandırmağa çağırırıq ki, beləliklə suriyalılar və Xüsusi Nümayəndə Tomas Barakın etməyə çalışdığı irəliləyişlər davam edə bilsin. İran təsirindən qurtulmaq və İŞİD təhlükəsini nəzarət altına almaq üçün yeganə yol sabit və təhlükəsiz Suriyadır", - deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, İsrail ordusuna aid PUA-ların Dəməşqə etdiyi hücumlarda 6 Suriya əsgəri həlak olub.

Tarix
2025.08.29 / 01:56
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Dünya Bankı Azərbaycanda bu yolu bərpa edəcək

Köçərlinin vəsatəti təmin edildi: Silinən görüntülər...

Bakı Şəhərsalma Mükafatı təsis edildi

Sahibə Qafarova Rusiyaya getdi

Bayramov AB rəsmisi ilə yeni ikitərəfli sazişi müzakirə etdi

Azərbaycanda cəmi 3 qadının bacardığı riskli peşə...

Bakının həbs etdiyi silah baronu “mələyə” çevrilir?

Türkiyə yeni hərbi sistemə keçir: 3 dənizdə güc...

Türk ölkəsində Azərbaycanla bağlı yenilik

Alman qonağı Bakıda heyrətləndirən bina - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla