Yuxarı

Bayramov AB rəsmisi ilə yeni ikitərəfli sazişi müzakirə etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov AB rəsmisi ilə yeni ikitərəfli sazişi müzakirə etdi

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Birliyinin Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru və siyasi məsələlər üzrə Baş katibin müavini Olaf Skuqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən Axar.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan–Avropa Birliyi münasibətlərinin cari vəziyyəti və perspektivləri, regional təhlükəsizlik məsələləri, postmünaqişə dövründə mövcud vəziyyət, Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi, habelə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər müzakirə olunub.

Tərəflər Azərbaycan ilə Avropa Birliyi arasında siyasi dialoqun və müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Bu çərçivədə enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, yaşıl enerji və digər sahələrdə tərəfdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensial diqqətə çatdırılıb.

Azərbaycanın Avropa Birliyinin enerji təhlükəsizliyində oynadığı rol və bu çərçivədə verdiyi töhfələr yüksək qiymətləndirilib, bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və elektrik enerjisi ixracı sahəsində həyata keçirilən layihələr nəzərdən keçirilib.

Regionumuzun nəqliyyat-kommunikasiya potensialının artırılması və şaxələndirilməsi məqsədilə mövcud marşrutlar üzrə infrastruktur imkanlarının genişləndirilməsi və yeni marşrutların yaradılması istiqamətində atılan addımların əhəmiyyəti qeyd edilib.

Görüşdə Azərbaycanla Avropa Birliyi arasında yeni ikitərəfli saziş və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə aparılan danışıqlar barədə fikir mübadiləsi aparılıb.

Tərəflər regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində aparılan səyləri müzakirə edib, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi məsələləri nəzərdən keçirilib. Bərpa və yenidənqurma işləri, eləcə də mina təhdidi barədə qarşı tərəfə məlumat verilib. Olaf Skuq öz növbəsində işğaldan azad edilmiş ərazilərə səfər təəssüratları ilə bölüşüb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

Tarix
2026.05.20 / 18:44
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla