Yuxarı

Bakı-Tiflis qatarı mənzil başına niyə 9 saata çatacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-Tiflis qatarı mənzil başına niyə 9 saata çatacaq?

Qatarın ümumi səfər müddətinə təsir edən amillərdən biri Gürcüstan ərazisində dəmir yolu infrastrukturunun texniki vəziyyəti və sürət məhdudiyyətidir.

Axar.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.

Bildirilib ki, Gürcüstanda qatarın orta sürəti təxminən 50 km/saat olacaq.

"Qardabani-Tiflis hissəsində sürətin nisbətən aşağı olması məhz həmin ərazidə infrastrukturun vəziyyətinin qənaətbəxş olmaması ilə əlaqədardır.

Qatarlar Bakıdan Böyük Kəsik stansiyasına qədər olan 498 kilometrlik məsafəni 6 saat 10 dəqiqəyə qət edəcək. Azərbaycan ərazisində dəmir yolu infrastrukturu yeniləndiyi üçün qatar orta hesabla 100 km/saat sürətlə hərəkət edə biləcək", - deyə o qeyd edib.

Departament rəisinin sözlərinə görə, qatarın Azərbaycan ərazisində sərhəd və gömrük nəzarəti Böyük Kəsik stansiyasında qatarda, sərnişinlər düşürülmədən həyata keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Dəmir Yolları QSC və Gürcüstan Dəmir Yolları SC arasında əldə olunmuş ilkin razılaşmaya əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tiflisə çatacaq, Tiflisdən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.

Tarix
2026.05.20 / 16:38
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident iranlı naziri qəbul etdi - Foto

Van Yi Azərbaycana gəlir

Laos prezidenti Azərbaycana gəldi - Foto

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İran Ərəbistanı bu sözlərlə hədələdi – İnanılmaz

Məsələ dindirmi: Azərbaycanda nə baş verir? - Ağar

Keyfiyyətli təhsilə nail olmaq istəyiriksə... - Deputat

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

Bakının bunda maraqları var - Rusiyadan baxış

Azərbaycan və Kambocanın birinci xanımları görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla