Yuxarı

Soydaşımız peşəkar rinqdə növbəti qələbəsini qazandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Soydaşımız peşəkar rinqdə növbəti qələbəsini qazandı

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” Boks İdman Klubu Aşersleben şəhərində keçirilən peşəkar boks yarışında iştirak edib.

Axar.az xəbər verir ki, klubun boksçusu Kənan Hüseynəliyev “Ballhaus in Aschersleben” idman kompleksində Argentina təmsilçisi Leonardo Baez ilə qarşılaşıb.

Altı raund davam edən döyüşün bütün raundlarında üstünlüyünü qoruyan soydaşımız sonuncu raundda rəqibini nokdauna salaraq inamlı qələbə qazanıb. Bununla da boksçumuz peşəkar rinqdə keçirdiyi 14-cü qarşılaşmada 13-cü qələbəsini əldə edib.

Yarış zamanı Almaniyanın müxtəlif şəhərlərindən gələn azərbaycanlılar tribunadan idmançımıza böyük dəstək göstərib, onun qələbəsini coşğu ilə qarşılayıblar.

Klubun rəhbəri, boks üzrə dünya çempionu Azad Əzizov qarşılaşma ilə bağlı fikirlərini bölüşərək yetirməsinin növbəti sınaqdan uğurla çıxdığını vurğulayıb. O, qazanılan qələbənin xalqımıza ithaf olunduğunu bildirib, həmçinin soydaşlarımıza fəal və davamlı dəstəklərinə görə təşəkkürünü ifadə edib.

Qeyd edək ki, “Odlar Yurdu” Boks Klubu 2013-cü ildə Almaniyada yaradılıb və hazırda 100-ə yaxın üzvü var. Yarandığı gündən etibarən klubun idmançıları 50-dən çox beynəlxalq, peşəkar və həvəskar boks turnirində iştirak edib. Klub, eyni zamanda fəaliyyət göstərdiyi Saksoniya Anhalt vilayətinin Boks İdman Birliyinin üzvüdür.

Tarix
2026.10.12 / 15:59
Müəllif
Axar.az
Digər xəbərlər

Laos prezidenti Azərbaycana gəldi - Foto

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İran Ərəbistanı bu sözlərlə hədələdi – İnanılmaz

Məsələ dindirmi: Azərbaycanda nə baş verir? - Ağar

Keyfiyyətli təhsilə nail olmaq istəyiriksə... - Deputat

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

Bakının bunda maraqları var - Rusiyadan baxış

Azərbaycan və Kambocanın birinci xanımları görüşdü

Nəsimi Musayevə görə Qriqoryan da işdən qovuldu

Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla