Yuxarı

Nardaranda məktəbdə təxribat: İran təbliğatı... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nardaranda məktəbdə təxribat: İran təbliğatı... - Video

Nardaranda 130 saylı məktəbin qarşısında bir qrup şəxs tərəfindən dini şüarlar səsləndirilib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, məktəbin qarşısına toplaşan şəxslər məktəblərdə vahid geyim forması ilə bağlı məsələni əllərində bayraq edərək açıq-aşkar radikal dini təbliğata yol veriblər.

Kadrlardan aydın görünür ki, məktəbin qarşısında toplaşan bir qrup şəxs tərəfindən "İmam Zaman, sənə sadiq əsgərik" kimi şüarlar səsləndirilib. Təhsilin heç bir forması, hər hansı geyim qaydası ilə yaxından-uzaqdan əlaqəsi olmayan bu cür ifadələrin İran təbliğatı və açıq-aşkar təxribat cəhdi olduğu şübhə doğurmur.

Qeyd edək ki, Bakı şəhərində bir qrup şəxs vahid geyim qaydalarının tətbiqi ilə bağlı məktəblərdə təhsil işçiləri ilə münaqişəli vəziyyət yaradıb, dövlət təhsil müəssisələrinə zərər vurub, ictimai qaydanı kobud şəkildə pozan, nəqliyyatın hərəkətinə və təhsil müəssisəsinin normal fəaliyyətinə mane olan hərəkətlərə cəhd edib. Faktla bağlı DİN-in müvafiq istintaq qurumlarında Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılaraq 37 nəfər həbs edilib.

Tarix
2026.10.12 / 15:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İran Ərəbistanı bu sözlərlə hədələdi – İnanılmaz

Məsələ dindirmi: Azərbaycanda nə baş verir? - Ağar

Keyfiyyətli təhsilə nail olmaq istəyiriksə... - Deputat

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

Bakının bunda maraqları var - Rusiyadan baxış

Azərbaycan və Kambocanın birinci xanımları görüşdü

Nəsimi Musayevə görə Qriqoryan da işdən qovuldu

Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla