Yuxarı

İrəvanda Azərbaycana casusluq edən konsul saxlanıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanda Azərbaycana casusluq edən konsul saxlanıldı

Təxminən 2 ay əvvəl Ermənistanın diplomatik korpusunda gizli saxlamağa çalışdıqları səs-küylü həbs olub.

Axar.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Ermənistanın Avstriyadakı konsulu Aşken Aleksanyan Ermənistana qayıdarkən hava limanında həbs olunub. Gənc qadında bəzi sənədlər aşkarlanıb və o, Azərbaycanın xeyrinə casusluqda şübhəli bilinib. Bundan sonra Milli Təhlükəsizlik Xidməti bütün gün Xarici İşlər Nazirliyinin binasında axtarış aparıb, kompüterləri yoxlayıb, sənədləri araşdırıb. Və böyük qalmaqala səbəb ola biləcəyi üçün bu həbsin gizli saxlanması qərara alınıb. Məsələ burasındadır ki, kimsə diplomatik korpusda yüksək vəzifəyə təyin olunmazdan əvvəl onun tərcümeyi-halı, əlaqələri və s. MTX tərəfindən araşdırılır. Təyinat yalnız hərtərəfli araşdırmadan sonra həyata keçirilir, onun nəticələri təyin edən şəxsə bildirilir. İndi belə görünür ki, ya səhvə yol verilib, bu da məsuliyyət məsələsini gündəmə gətirir, ya da təyinatlarda müəyyən hallara göz yumulub. Və Aşken Aleksanyan haqqında məlumatları gizlətmək üçün internetdən və bütün açıq mənbələrdən hətta onun təyinatı ilə bağlı rəsmi xəbərləri siliblər. Amma XİN sisteminin köhnə əməkdaşlarından biri bizimlə söhbətində Aşkeni yaxşı tanıdığını deyib. O, əvvəlcə dövlət qulluqçusu kimi çalışıb, sonra Xarici İşlər Nazirliyinin konsulluq şöbəsində işləməyə keçib və diplomat rütbəsi alıb, bundan sonra onun haqqında heç bir məlumat qalmayıb”, - məlumatda deyilib.

Tarix
2025.08.29 / 10:56
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla