Yuxarı

ABŞ əməliyyatı SSRİ-dən gizlətmək üçün “Titanik”i…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ əməliyyatı SSRİ-dən gizlətmək üçün “Titanik”i…

ABŞ 1985-ci ildə “Titanik”in axtarışı ilə əsl niyyətini pərdələnmək istəyirdi. Bu, sualtı qayıqlarla bağlı gizli hərbi əməliyyatı ört-basdır etmək cəhdi idi. Çünki onlar “Titanik”lə yanaşı, batmış nüvə sualtı qayıqlarının qalıqlarını tapmaq istəyirdi

Axar.az xəbər verir ki, bu barədə okeanoloq Robert Ballard CNN-ə müsahibəsində deyib.

Ballard bildirib ki, “Titanik”in axtarışı zamanı mütəxəssislər gəminin qalıqlarını tapmağa nail olsalar da, sonradan maliyyələşmə ilə bağlı problemlər yaranıb:

“Lakin ABŞ Hərbi Dəniz Qüvvələri vəziyyətlə maraqlanmağa başladı. Onlar maliyyə yardımı etməyə razılaşdılar. Bir şərtlə ki, “Titanik”in axtarışları ilə yanaşı, batmış “Treşer” və “Skarpion” sualtı qayıqları haqqında da məlumat tapmağa çalışsınlar.

İnsanların o zaman bilmədiyi nüans budur ki, “Titanik” axtarışı mənim dəniz kəşfiyyatçısı kimi apardığım çox məxfi hərbi əməliyyatı gizlətmək üçün lazım idi”.

Okeanoloq əlavə edib ki, ABŞ həmin vaxt SSRİ-nin əməliyyatdan xəbər tutmasını istəmirdi.

Tarix
2025.09.02 / 08:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla