Yuxarı

MAQATE Suriyada uran izləri tapdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT üzv dövlətləri üçün hazırlanan hesabatda Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Suriyada uran izlərinin aşkarlandığını bildirib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, radioaktiv maddənin qalıqları 2007-ci ildə İsrail Müdafiə Qüvvələrinin bombaladığı binada tapılıb.

O dövrdə hakimiyyətdə olan Bəşər Əsəd həmin binanın yerləşdiyi Deyr əz-Zor bölgəsindəki obyektin “adi hərbi baza” olduğunu iddia edirdi. Lakin MAQATE 2011-ci ildə gəldiyi nəticədə binanın “böyük ehtimalla gizli şəkildə inşa edilmiş, agentliyə bildirilməmiş nüvə reaktoru” olduğunu qeyd etmişdi.

Hesabatda bildirilir ki, götürülmüş nümunələrin birində “xeyli sayda təbii uran hissəcikləri” aşkar olunub. Analizlər göstərib ki, bu uran antropogen mənşəlidir, yəni kimyəvi emal nəticəsində əldə olunub. “Təbii” termini isə uranın zənginləşdirilmədiyini ifadə edir.

Tarix
2025.09.02 / 22:09
Müəllif
Axar.az
Digər xəbərlər

İran da, Rusiya da anlayacaq ki, Zəngəzur qorxuları...

Kuyundziç Mariyana Azərbaycana gəldi

Putin Ukrayna ilə bağlı “güzəştini” elan etdi

Ərdoğan əlini buraxmadı, Pezeşkian isə farsca... - Video

Əliyevin ŞƏT-də bu sözü Paşinyanı narahat etdi

İrəvan Qarabağ məsələsini buna görə bağladı - Şahramanyan

İlham Əliyev Pekində belə qarşılandı - Video

Əliyevin Zəngəzur açıqlamasında dərhal sonra Rusiyada...

İlham Əliyev Pekinə dünyanın ən sürətli qatarı ilə getdi - Video

Dehli bu səbəbdən Bakının üzvlüyünü blokladı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla