Yuxarı

Taksi qiymətləri bahalaşıb? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Taksi qiymətləri bahalaşıb? - Açıqlama

Son günlər “Bolt” taksi xidmətinin minimal gediş haqqını artırdığı barədə fikirlər səslənir.

Axar.az Musavat.com-a istinadən bildirir ki, “Bolt” taksi xidmətindən istifadə edən sərnişinlər bildirirdilər ki, əvvəllər minimal gediş haqqı 2 manat 50 qəpik olduğu halda, artıq qısa məsafəli sifarişlər zamanı 3–4 manatlıq ödənişlərlə qarşılaşırlar. Bu isə ictimaiyyətdə minimal gediş haqqının 3 manat 50 qəpiyə yüksəldiyi qənaətini formalaşdırıb.

“Bolt” şirkəti isə xidmət haqqında dəyişiklik olmadığı bildirilib:

“Bolt” şirkətinin qiymət siyasətində və minimum tariflərdə hər hansı dəyişiklik yoxdur. Qiymətlər dinamik qiymətqoyma prinsipi əsasında formalaşır. Yeni tələb sürətlə artdıqda və sürücülərin sayı kifayət etmədikdə səfərin qiyməti müvəqqəti olaraq yüksələ bilər, balans bərpa olunduqda isə qiymət avtomatik olaraq azalır.

Gediş haqqı baza tarif, məsafə, sərf olunan vaxt və dinamik əmsallara əsasən hesablanır. Səfərin yekun dəyəri marşrut dəyişikliyi, hava şəraiti və ya yol tıxacları kimi amillərə görə dəyişə bilər”.

Şirkət əlavə edib ki, sürücülər hər hansı insidentlə bağlı müraciətlərini, eləcə də sərnişinlər qiymətlərlə və ya digər hallarda üzləşdikləri problemləri tətbiq vasitəsilə müştəri dəstəyinə çatdıra bilərlər. Bu, xidmətin keyfiyyəti və təhlükəsizliyinin davamlı olaraq yaxşılaşdırılmasına imkan yaradır.

Tarix
2025.09.03 / 01:16
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayev bu il Azərbaycana gələcək

Bayramov Arakçı ilə danışdı

Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Azərbaycanla yenidən əməkdaşlığı zəruri hesab edirik

Rubiodan Azərbaycan açıqlaması: Bu səhifə bağlandı

Rusiyanın Ermənistan qərarı Azərbaycana dərs olmalıdır

İrəvanda mitinqdə azərbaycanca səs yazısı - Video

İrəvan bu dəyişiklikləri etməsə... - Dəmirtürk

Bu türk ölkəsi ilə hərbi əməkdaşlıq müzakirə edildi - MN

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla