Yuxarı

Gəncə stadionunun tikinti xərcləri 130 milyona çatdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncə stadionunun tikinti xərcləri 130 milyona çatdı

Gənclər və İdman Nazirliyi "İnşaatçı 3" şirkəti ilə satınalma müqaviləsi bağlayıb.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, müqavilədə Gəncə şəhər stadionunun yenidən qurulması üzrə işlərin davam etdirilməsi işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 2 816 685,91 manat təşkil edir. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib.

"İnşaatçı 3" MMC 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 20, qapı 1,2,3-də yerləşir. Şirkətin qanuni təmsilçisi Siraclı Qeys Məmməd oğludur.

"İnşaatçı 3" MMC haqqında açıq mənbələrdə əlavə məlumatlar yoxdur. Şirkətin internet səhifəsi və əlaqə telefonlarına rast gəlinmir. Qeys Siraclı barəsində də hər hansı məlumat gözə dəymir.

Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı Gənclər və İdman Nazirliyi ilə "İnşaatçı 3" MMC arasında bu müqavilə də daxil 129 233 351,90 manatlıq satınalma müqaviləsi imzalanıb.

Tarix
2026.06.04 / 19:25
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Yeni ombudsman bu gün seçiləcək

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla