Yuxarı

Peşə Ustalığı Yarışlarının regional turu başa çatdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərişıq” ASC-nin 10 illiyinə həsr olunmuş “Paylayıcı şəbəkələrin energetikləri arasında keçirilən ümumrespublika Peşə Ustalığı Yarışları”nın Bərdədə reallaşan növbəti regional turu maraqlı anlarla yadda qalıb.

Axar.az xəbər verir ki, Bərdə Elektrik Şəbəkəsində (EŞ) təşkil olunan açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə çıxış edərək yarışların əhəmiyyətindən bəhs edib. Bildirib ki, “Paylayıcı şəbəkələrin energetikləri arasında keçirilən ümumrespublika Peşə Ustalığı Yarışları” mütəxəssislərin peşə bilik və bacarıqlarını daha da inkişaf etdirir. Eləcə də onlar Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın elektroenergetika sisteminin qurulmasında və inkişafında xidmətləri, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan islahatlar, həmçinin “Azərişıq” ASC tərəfindən son 5 ildə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən irimiqyaslı layihələr barədə geniş məlumatlar əldə edirlər.

Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual yarışda Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə 8 komanda – "Ağdaş EŞ”, “Bərdə EŞ”, “Goranboy EŞ”, “Göyçay EŞ”, “Mingəçevir EŞ”, “Tərtər EŞ”, “Ucar EŞ”, “Yevlax EŞ” nəzəri biliklərini sınayıblar. Onlar 1 saat müddətində 55 suala cavab tapmağa çalışıblar.

Yarışların ikinci mərhələsində energetiklər 3 tapşırıq üzrə peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.

Komandaların hər iki mərhələdə topladıqları balların nəticələrinə əsasən Mərkəzi Aran RETSİ üzrə keçirilən regional turun qalibi "Mingəçevir EŞ" olub. Beləliklə, komanda ümumrespublika Peşə Ustalığı Yarışlarının Hadrutda təşkil olunacaq final turunda iştirak edəcək.

Qeyd edək ki, "Azərişıq" ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.

Tarix
2025.09.02 / 23:07
Müəllif
Axar.az
Digər xəbərlər

İran da, Rusiya da anlayacaq ki, Zəngəzur qorxuları...

Kuyundziç Mariyana Azərbaycana gəldi

Putin Ukrayna ilə bağlı “güzəştini” elan etdi

Ərdoğan əlini buraxmadı, Pezeşkian isə farsca... - Video

Əliyevin ŞƏT-də bu sözü Paşinyanı narahat etdi

İrəvan Qarabağ məsələsini buna görə bağladı - Şahramanyan

İlham Əliyev Pekində belə qarşılandı - Video

Əliyevin Zəngəzur açıqlamasında dərhal sonra Rusiyada...

İlham Əliyev Pekinə dünyanın ən sürətli qatarı ilə getdi - Video

Dehli bu səbəbdən Bakının üzvlüyünü blokladı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla