Yuxarı

Çin ABŞ-a gücünü göstərir: Yeni soyuq savaş...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin ABŞ-a gücünü göstərir: Yeni soyuq savaş...

Çin dolayı yolla da olsa, Rusiya Federasiyası ilə daha da yaxınlaşma əlamətlərini göstərməyə başlayıb.

Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın 2015-2019-cu illərdə ABŞ-dakı səfiri olmuş Valeri Çalıy deyib.

"Çin ikili oyun oynayır. Aydındır ki, onların bu gün atdıqları bir çox addımlar Rusiyaya daha yaxındır. Ancaq onlar Şimali Koreya kimi tam dəstəkdən çəkinirlər.

Pekində keçirilən genişmiqyaslı tədbirə gəldikdə isə bu görüntülər ABŞ-a, o cümlədən Prezident Donald Trampa yönəlib. Tramp da həmin tədbirə qatılmağa dəvət olunmuşdu. Çin ikiqütblü dünya strategiyasına iddiasını bir daha təsdiqlədi. Yenidən qlobal cənub və şimala bölünmə müşahidə edirik, baxmayaraq ki, bu, olduqca süni bir konsepsiyadır. Əslində bu, yeni Soyuq müharibənin başlanğıcıdır. Çin açıq şəkildə göstərdi ki, ikiqütblü dünyanı dəstəkləyir", – deyə Çalıy bildirib.

O əlavə edib ki, Rusiya və Şimali Koreya liderlərinin paradda iştirakı Çin ətrafında formalaşmaqda olan ölkələr qrupunun artmaqda olduğunu göstərir.

Çalıyın sözlərinə görə, Yaponiya, Yeni Zelandiya, Avstraliya və Cənubi Koreya kimi ölkələr coğrafi baxımdan Çinə yaxın olsalar da, digər tərəfdə yer alırlar.

Tarix
2025.09.05 / 09:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla